Avropa İttifaqının TRIPP ə marağı artır | Icma.az
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İqtisadi dividendlər və geosiyasi niyyətlər Tramp marşrutunu qurum üçün cəlbedici edib “Tramp marşrutu” adı ilə gündəmə düşən Zəngəzur dəhlizinin transmilli layihəyə çevriləcəyi barədə ekspertlər hələ iki il bundan əvvəl fikir söyləyirdilər.
Yəni bu nəqliyyat marşrutunun yalnız Azərbaycan və Ermənistan üçün deyil, bir sıra digər ölkələr üçün də strateji əhəmiyyət daşıdığını adi riyazi-iqtisadi hesablamalar aparmaqla sübut etmək çətin deyil.
42 kilometr uzunluğunda olan yolun təkcə avtomobil və dəmir yolu hərəkətinə deyil, eyni zamanda, enerji və telekommunikasiya xətlərinin keçidinə imkan verməsi onun əhəmiyyətini birə-beş artırıb.
Doğrudur, bu layihə ilk növbədə Vaşinqtonun regionda ticarətyönümlü sülh konsepsiyasının tərkib hissəsi kimi dəyərləndirilir.
“Tramp marşrutu”nun strateji əhəmiyyəti həm də bölgədə dayanıqlı sülhün və sabitliyin təmin edilməsi, etimad mühitinin möhkəmləndirilməsi ilə ölçülür.
Oxuculara xatırladaq ki, bu ilin avqustunda Vaşinqtonda keçirilən ABŞ–Azərbaycan–Ermənistan sülh sammitinin nailiyyətlərindən biri TRIPP layihəsinin ərsəyə gətirilməsidir.
Bu layihəyə ABŞ Prezidenti Donald Trampın adının verilməsi onun mütləq şəkildə reallaşdırılacağından xəbər verir.
Tam oxu
Xəbəri oxu