Icma.az
close
up
RU
Avropa İttifaqının TRIPP ə marağı artır

Avropa İttifaqının TRIPP ə marağı artır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İqtisadi dividendlər və geosiyasi niyyətlər Tramp marşrutunu qurum üçün cəlbedici edib

“Tramp marşrutu” adı ilə gündəmə düşən Zəngəzur dəhlizinin transmilli layihəyə çevriləcəyi barədə ekspertlər hələ iki il bundan əvvəl fikir söyləyirdilər. Yəni bu nəqliyyat marşrutunun yalnız Azərbaycan və Ermənistan üçün deyil, bir sıra digər ölkələr üçün də strateji əhəmiyyət daşıdığını adi riyazi-iqtisadi hesablamalar aparmaqla sübut etmək çətin deyil. 42 kilometr uzunluğunda olan yolun təkcə avtomobil və dəmir yolu hərəkətinə deyil, eyni zamanda, enerji və telekommunikasiya xətlərinin keçidinə imkan verməsi onun əhəmiyyətini birə-beş artırıb.

Doğrudur, bu layihə ilk növbədə Vaşinqtonun regionda ticarətyönümlü sülh konsepsiyasının tərkib hissəsi kimi dəyərləndirilir. “Tramp marşrutu”nun strateji əhəmiyyəti həm də bölgədə dayanıqlı sülhün və sabitliyin təmin edilməsi, etimad mühitinin möhkəmləndirilməsi ilə ölçülür.

Oxuculara xatırladaq ki, bu ilin avqustunda Vaşinqtonda keçirilən ABŞ–Azərbaycan–Ermənistan sülh sammitinin nailiyyətlərindən biri TRIPP layihəsinin ərsəyə gətirilməsidir. Bu layihəyə ABŞ Prezidenti Donald Trampın adının verilməsi onun mütləq şəkildə reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır, ənənəvi mövcud olanlara daha biri əlavə olunur. Yəni bu, Zəngəzurdan ən yüksək təhlükəsizliklə, müasir standartlarla ildə 15 milyon ton yük dövriyyəsi deməkdir. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə Azərbaycandan keçən yüklərin həcmi özlüyündə iqtisadi və maliyyə dividendlərinin artım potensialının göstəricisidir.

***

Artıq TRIPP marşrutu dünənə qədər vəziyyəti sükut içində izləyən kənar aktorların da maraq dairəsinə düşüb. Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın xeyir-duası və zəmanəti ilə reallaşması razılaşdırılan Zəngəzur dəhlizinə çoxlu sayda xarici güclər də qoşulmaq barədə ismarışlar verməyə başlayıblar. Avropa İttifaqı (Aİ) da bu təşəbbüslərdən kənarda qalmayıb. Bunu Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqosun bu günlərdə Ermənistan KİV nümayəndələri ilə söhbətində “Trampın sülh və firavanlıq marşrutu” ilə bağlı verdiyi nikbin bəyanatları açıq şəkildə nümayiş etdirir. “Tramp marşrutu” layihəsi çərçivəsində vəsaitlərimizi yatırmağa hazırıq”, - deyən Maraqos Aİ-nin regionda istənilən infrastruktur layihəsini dəstəkləmək niyyətində olduğunu birmənalı şəkildə qeyd edib.

Səfir, həmçinin Aİ-nin 2021-ci ildə üzərinə götürdüyü təxminən 2,5–2,6 milyard avro məbləğində maliyyə öhdəliklərini də xatırladıb və bu vəsaitin tunel və Sisian–Kacaran avtomobil yolunun tikintisi də daxil olmaqla, bir sıra layihələrin həyata keçirilməsinə ayrıldığını nəzərə çatdırıb. Onun sözlərinə görə, maliyyələşdirmə Aİ-nin büdcəsi, Ermənistan hökumətinə verilən kreditlər və Avropa Komandası proqramı çərçivəsində tərəfdaşların vəsaitləri hesabına həyata keçirilir. Avropa diplomatının TRIPP layihəsi ilə bağlı açıqlamaları, aydın məsələdir ki, Aİ-nin üzvü olan ölkələrin təkcə böyük miqdarda iqtisadi dividendlər deyil, həm də əhəmiyyətli geosiyasi bonuslar vəd edən bu layihəyə qoşulmaq planlarından xəbər verir.

Amma bu zaman nəzərə çatdırmağı zəruri sayırıq ki, TRIPP ABŞ tərəfindən idarə olunur və Aİ üçün bu məqam ABŞ-la iqtisadi əlaqələri gücləndirmək üçün əlavə imkan yaradır. İkincisi, Zəngəzur dəhlizi layihəsi Xəzərdən Avropaya Rusiya və İrandan yan keçən, yəni müstəqil marşrutdur. Burada söhbət Azərbaycan – Ermənistan – Türkiyə – Avropa birbaşa tranzitindən gedir. Aİ üçün bu, Orta Dəhliz logistika zəncirinin tamamlanması deməkdir. “Qoca qitə” bu nəqliyyat layihəsinə qoşularsa, Aİ Rusiya və İrandan keçən marşrutlardan asılılıqdan qurtula, Mərkəzi Asiya və Çinlə ticarət əlaqələrini qoruya bilər. Beləliklə, göründüyü kimi, bu layihədə iştirak Aİ üçün hər cəhətdən sərfəli və faydalıdır. TRIPP marşrutu Aİ-nin üzünə vahid iqtisadi məkan açacaq və Asiyaya Rusiya və İrandan yan keçən marşrutdan istifadə etmək imkanı verəcək. Beləliklə, Aİ-nin layihəyə qoşulmaq istəyi tamamilə başadüşüləndir. İntəhası, burada diqqət yetirməli, nəzərə alınmalı bəzi məqamlar var. Heç kimə sirr deyil ki, Aİ uzun müddət artıq ləğv edilmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinə məhəl qoymayıb, ikili standartlar siyasəti nümayiş etdirib. Açıqcasına ermənipərəst mövqeyə sadiq qalıb. Avropa Parlamenti kimi Aİ strukturu bu illər ərzində ardıcıl olaraq anti–Azərbaycan yönümlü qətnamələr qəbul edib.

***

Münaqişəyə bu cür birtərəfli yanaşma Azərbaycanın 2020-ci ilin payızında Vətən müharibəsində qazandığı qələbədən və 3 il sonra Qarabağ bölgəsində birgünlük antiterror əməliyyatından sonrakı dövrdə də davam etdirildi. Buna misal olaraq 2024-cü ilin fevralında Avropa Parlamentinin ölkəmizə qarşı sanksiyaların tətbiq edilməsini və Strateji Enerji Tərəfdaşlığı üzrə Anlaşma Memorandumunun fəaliyyətinin dayandırılmasını tələb edən iki qətnaməsini göstərə bilərik. COP29 ərəfəsində isə həmin Avroparlamentin “Azərbaycandakı vəziyyət, insan haqlarının, beynəlxalq hüququn və Ermənistanla münasibətlərin pozulması” kimi saxta və qərəzli iddialarla dolu bəyanatını da unutmamışıq. Bu, Aİ-nin Azərbaycanla bağlı mövqeyinin obyektivlikdən uzaq olduğunu sübut edən çoxsaylı nümunələrdən yalnız ikisidir. Sərhəd zolağında təhlükəsizliyin monitorinqi bəhanəsi ilə qonşu ölkədə yerləşdirilmiş Aİ-nin mülki missiyası da bu kontekstə tam uyğundur. Bakı yaxşı bilir ki, adı mülki missiya olan kəşfiyyatçıar dəstəsi fəaliyyətə başladığı ilk gündən ölkəmizə və qonşu dövlətlərə qarşı kəşfiyyat məlumatları toplayır. Bəli, Azərbaycan bunların heç birini unutmayıb. Bütün bu xoşagəlməz faktları nəzərə alaraq, hesab edirik ki, Aİ TRIPP-ə qoşulmaq niyyətindədirsə, ən azı, Bakı və İrəvanın “Tramp marşrutu” üzrə razılıq əldə etməsindən sonra xidmət zərurəti tamamilə aradan qalxmış bədnam missiyanı yada salmalıdır. Onu da xatırladaq ki, Aİ heç vaxt Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olması üçün real addım atmayıb, əksinə hərəkət edib. İndi də gec deyil. Dəhlizlə bağlı təşəbbüsünü tərəfsiz addımları ilə göstərsin. Bu, Vasilis Maraqosun Aİ-nin Cənubi Qafqazda sülh və təhlükəsizliyə sadiqliyi ilə bağlı verdiyi pafoslu bəyanatlarını təsdiqləyən məntiqli addım olardı.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

Hazırda TRIPP layihəsi kimi siyasi gündəmə daxil olan Zəngəzur dəhlizi ilk növbədə Azərbaycanın maraqlarına cavab verməlidir. Çünki bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən nəqliyyat yoludur. Bəli, bizim üçün vacib məsələ son nəticədir və bu əldə olunandan sonra ABŞ-ın bölgəyə yerləşməsindən heç də narahat deyilik. Sadəcə, Tramp Administrasiyası Vaşinqtonda verdiyi vədinə sadiq qalaraq, bu yolun təhlükəsizliyini təmin etsin.

Aydın məsələdir ki, dəhlizin keçdiyi əraziyə kənardan əlavə gücün gəlməsi marşrutun normal fəaliyyət göstərməsinə yardımçı amil ola bilər. Avropa İttifaqının son illər özünün Cənubi Qafqazla bağlı siyasi prioritetlərində müəyyən korrektələr etdiyi məlumdur. Axı, təkcə bölgəmizdə deyil, Avropada, bütövlükdə dünyada geosiyasi vəziyyət tamamilə dəyişilib. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsi, eləcə də Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyində oynadığı önəmli rolu “Qoca qitə”də yaxşı başa düşülür. Hesab edirəm ki, TRIPP marşrutunun fəaliyyətində Avropa İttifaqı da hansısa formada iştirak edə bilər. Azərbaycanın buna etiraz edəcəyini düşünmürəm. Dövlər başçımız Kopenhagendə “Avropa Siyasi Birliyi”nin sammitində keçirdiyi görüşlərdə müəyyən məsələlərə aydınlıq gətirib. Bu gün Azərbaycan Avropa İttifaqı ilə bir sıra sahələr üzrə əməkdaşlıq edir. Ümumiyyətlə, Avropa qitəsində yerləşən dövlətlər İlham Əliyevin regional və qlobal siyasətini yüksək qiymətləndirirlər. Bu ölkələrin TRIPP layihəsində iştirakı Azərbaycanın maraqları ilə ziddiyyət təşkil etməyəcək. Təbii ki, onlar bu məsələni Vaşinqtonla da razılaşdıracaqlar. Çünki bu layihənin əsas aparıcı gücü və xarici aktoru Birləşmiş Ştatlardır. Güman edirəm ki, Aİ-nin bu təşəbbüsünə okeanın o tayında etiraz edilməyəcək.

İ.HƏSƏNQALA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva: Evinizə bolluq, bərəkət və ruzi dolu günlər arzulayıram

27 May 2026 01:19see181

Real Holannla bağlı planlar qurur

26 May 2026 04:15see180

Zehni və sinir sisteminizi necə gücləndirmək olar..?

26 May 2026 20:49see179

Tbilisidə Röya Ayxan coşğusu!

27 May 2026 03:20see177

Zelenski elan etdi: Müharibə bu tarixdə başa çatacaq!

26 May 2026 07:00see170

Yekun sənədi imzalayacağıq Mirzoyandan TRİPP AÇIQLAMASI

26 May 2026 23:17see165

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

27 May 2026 09:46see162

Komandanı liqada saxladı: İstefaya göndərildi

26 May 2026 08:55see162

Masada 3 ssenari var: Hansı ağır gələcək?

26 May 2026 19:36see160

Azərbaycanda Qurban bayramı qeyd olunur

27 May 2026 00:03see159

Yastığın yuxuya təsiri

26 May 2026 09:38see158

Azərbaycan ilə Bəhreyn arasında regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

27 May 2026 01:41see156

NASA hər ay Yerin peykinə pilotsuz gəmilər göndərəcək

27 May 2026 06:14see154

Aviabiletləri Azərbaycan dövlətini istəməyənlər bahalaşdırır AZAL la bağlı elə şeylər açıqlandı ki… KONKRET

27 May 2026 15:14see148

“Lill”in baş məşqçisi “Fənərbağça” ilə oyundan danışdı

27 May 2026 14:43see147

Qripdən sonra faciə: 14 yaşlı qız bir anda iflic oldu

26 May 2026 04:02see146

ABŞ ordusu yenidən İranı vurdu

26 May 2026 05:45see145

Saul Alvares Kroufordla revanş döyüşü keçirmək istədiyini bildirib

26 May 2026 05:17see145

SEPAH Hörmüzdəki 25 gəmi ilə bağlı qərarını verdi

27 May 2026 01:08see143

Belarusda işçilər “yoxa çıxır”...

26 May 2026 21:15see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri