Avropa İttifaqının xarici ticarətində lider ölkələr

04.09.2026

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Eurostat Avropa İttifaqının (Aİ) 2026-cı ilin ikinci rübünə olan xarici ticarət göstəricilərini açıqlayıb. Məlumatlara əsasən, Aİ-nin ümumi xarici ticarət dövriyyəsi 1 trilyon 381,8 milyard avro təşkil edib.

Banco.az xəbər verir ki, rüb ərzində Aİ ölkələri xaricdən 701,8 milyard avro dəyərində mal və xidmət idxal edib, xarici bazarlara isə 680 milyard avro həcmində ixrac reallaşdırıb. Nəticədə Aİ-nin xarici ticarətində 21,8 milyard avroluq mənfi balans (defisit) yaranıb.

Statistikaya əsasən, Aİ-nin idxalında Çin, ixracında isə ABŞ birinci yerdə qərarlaşıb:

Çin - Aİ-yə 153,6 milyard avroluq məhsul sataraq ən böyük idxal tərəfdaşı olub. Lakin Aİ-nin Çinə ixracı cəmi 50,3 milyard avro təşkil etdiyindən, Avropa İttifaqı bu ölkə ilə ticarətdə 103,3 milyard avroluq kəsirlə qarşılaşıb. ABŞ - Aİ-nin ən böyük ixrac bazarı olaraq qalır. Aİ ABŞ-a 127,7 milyard avroluq mal göndərib, oradan isə 98,7 milyard avro dəyərində mal alıb. Türkiyə - Aİ-nin xarici ticarətində vacib mövqeyini saxlayır. Aİ Türkiyədən 25,5 milyard avro dəyərində mal idxal edib (6-cı yer), Türkiyəyə ixracı isə 27,3 milyard avro olub (5-ci yer).

Aİ-nin Top 10 idxal tərəfdaşı:

Çin - 153,6 milyard avro

ABŞ - 98,7 milyard avro

Birləşmiş Krallıq - 43,4 milyard avro

İsveçrə - 36,9 milyard avro

Norveç - 30,8 milyard avro

Türkiyə - 25,5 milyard avro

Cənubi Koreya - 18,1 milyard avro

Hindistan - 16,6 milyard avro

Yaponiya - 16,2 milyard avro

Braziliya - 14,0 milyard avro

Aİ-nin Top 10 ixrac tərəfdaşı:

ABŞ - 127,7 milyard avro

Birləşmiş Krallıq - 92,7 milyard avro

İsveçrə - 60,5 milyard avro

Çin - 50,3 milyard avro

Türkiyə - 27,3 milyard avro

Norveç - 17,5 milyard avro

Yaponiya - 16,4 milyard avro

Hindistan - 14,0 milyard avro

Cənubi Koreya - 13,5 milyard avro

Braziliya - 11,6 milyard avro​

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью