Avropa İttifaqının xarici ticarətində lider ölkələr
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Eurostat Avropa İttifaqının (Aİ) 2026-cı ilin ikinci rübünə olan xarici ticarət göstəricilərini açıqlayıb. Məlumatlara əsasən, Aİ-nin ümumi xarici ticarət dövriyyəsi 1 trilyon 381,8 milyard avro təşkil edib.
Banco.az xəbər verir ki, rüb ərzində Aİ ölkələri xaricdən 701,8 milyard avro dəyərində mal və xidmət idxal edib, xarici bazarlara isə 680 milyard avro həcmində ixrac reallaşdırıb. Nəticədə Aİ-nin xarici ticarətində 21,8 milyard avroluq mənfi balans (defisit) yaranıb.
Statistikaya əsasən, Aİ-nin idxalında Çin, ixracında isə ABŞ birinci yerdə qərarlaşıb:
Çin - Aİ-yə 153,6 milyard avroluq məhsul sataraq ən böyük idxal tərəfdaşı olub. Lakin Aİ-nin Çinə ixracı cəmi 50,3 milyard avro təşkil etdiyindən, Avropa İttifaqı bu ölkə ilə ticarətdə 103,3 milyard avroluq kəsirlə qarşılaşıb. ABŞ - Aİ-nin ən böyük ixrac bazarı olaraq qalır. Aİ ABŞ-a 127,7 milyard avroluq mal göndərib, oradan isə 98,7 milyard avro dəyərində mal alıb. Türkiyə - Aİ-nin xarici ticarətində vacib mövqeyini saxlayır. Aİ Türkiyədən 25,5 milyard avro dəyərində mal idxal edib (6-cı yer), Türkiyəyə ixracı isə 27,3 milyard avro olub (5-ci yer).Aİ-nin Top 10 idxal tərəfdaşı:
Çin - 153,6 milyard avro
ABŞ - 98,7 milyard avro
Birləşmiş Krallıq - 43,4 milyard avro
İsveçrə - 36,9 milyard avro
Norveç - 30,8 milyard avro
Türkiyə - 25,5 milyard avro
Cənubi Koreya - 18,1 milyard avro
Hindistan - 16,6 milyard avro
Yaponiya - 16,2 milyard avro
Braziliya - 14,0 milyard avro
Aİ-nin Top 10 ixrac tərəfdaşı:
ABŞ - 127,7 milyard avro
Birləşmiş Krallıq - 92,7 milyard avro
İsveçrə - 60,5 milyard avro
Çin - 50,3 milyard avro
Türkiyə - 27,3 milyard avro
Norveç - 17,5 milyard avro
Yaponiya - 16,4 milyard avro
Hindistan - 14,0 milyard avro
Cənubi Koreya - 13,5 milyard avro
Braziliya - 11,6 milyard avro
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 04 Sentyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















