Avropa kapitalı ABŞ dən qaçır Trampın Qrenlandiya avantürası maliyyə bazarlarını çalxalayı…
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Trampın Avropa müttəfiqlərinə qarşı yenidən səsləndirdiyi gömrük rüsumu təhdidləri və Qrenlandiya ətrafında artan gərginlik bazarlarda “Amerikanı sat” (“Sell America”) tendensiyasını yenidən gündəmə gətirib.“AzPolitika” bildirir ki, bu barədə “Reuters” agnetliyi məlumat yayıb.Məlumata görə, bazar ertəsi günü mümkün ticarət müharibəsinin yenidən alovlanacağı qorxusu fonunda fond bazarları ciddi təzyiq altında qalıb.
Avropa səhm indeksləri 1 faizdən çox ucuzlaşıb, ABŞ-də isə fond fyuçersləri oxşar eniş göstərərək bazarlarda problemin davam edəcəyinə işarə edib.Agentlik yazır ki, dollar da təzyiq altına düşüb.
Buna səbəb Trampın şənbə günü ABŞ-yə Qrenlandiyanı almağa icazə verilənədək bir sıra Avropa ölkələrindən idxal olunan mallara rüsumların artırılacağı ilə bağlı bəyanatı olub.
Plana əsasən, fevralın 1-dən 10 faizlik rüsumlar tətbiq ediləcək, iyunun 1-dən isə bu rüsumlar 25 faizə yüksəldiləcək.Məlumatda bildirilir ki, avro noyabrın sonundan bəri düşdüyü ən aşağı səviyyədən toparlanaraq bahalaşmağa başlayıb.
Eyni zamanda funt sterlinq və Skandinaviya valyutaları da möhkəmlənib.
“Təhlükəsiz liman” hesab olunan İsveçrə frankı isə son bir ayda dollara qarşı ən böyük gündəlik artıma doğru irəliləyib.
“Insight Investment” şirkətinin valyuta həlləri üzrə rəhbəri Françeska Fornasari bildirib ki, baş verənlər bir çox investorları aktivlərini necə saxlayacaqları barədə ciddi düşünməyə vadar edib.
Tam oxu
Xəbəri oxu