Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Avropa kapitalı ABŞ dən qaçır Trampın Qrenlandiya avantürası maliyyə bazarlarını çalxalayır

Avropa kapitalı ABŞ dən qaçır Trampın Qrenlandiya avantürası maliyyə bazarlarını çalxalayır

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın Avropa müttəfiqlərinə qarşı yenidən səsləndirdiyi gömrük rüsumu təhdidləri və Qrenlandiya ətrafında artan gərginlik bazarlarda “Amerikanı sat” (“Sell America”) tendensiyasını yenidən gündəmə gətirib.

“AzPolitika” bildirir ki, bu barədə “Reuters” agnetliyi məlumat yayıb.

Məlumata görə, bazar ertəsi günü mümkün ticarət müharibəsinin yenidən alovlanacağı qorxusu fonunda fond bazarları ciddi təzyiq altında qalıb. Avropa səhm indeksləri 1 faizdən çox ucuzlaşıb, ABŞ-də isə fond fyuçersləri oxşar eniş göstərərək bazarlarda problemin davam edəcəyinə işarə edib.

Agentlik yazır ki, dollar da təzyiq altına düşüb. Buna səbəb Trampın şənbə günü ABŞ-yə Qrenlandiyanı almağa icazə verilənədək bir sıra Avropa ölkələrindən idxal olunan mallara rüsumların artırılacağı ilə bağlı bəyanatı olub. Plana əsasən, fevralın 1-dən 10 faizlik rüsumlar tətbiq ediləcək, iyunun 1-dən isə bu rüsumlar 25 faizə yüksəldiləcək.

Məlumatda bildirilir ki, avro noyabrın sonundan bəri düşdüyü ən aşağı səviyyədən toparlanaraq bahalaşmağa başlayıb. Eyni zamanda funt sterlinq və Skandinaviya valyutaları da möhkəmlənib. “Təhlükəsiz liman” hesab olunan İsveçrə frankı isə son bir ayda dollara qarşı ən böyük gündəlik artıma doğru irəliləyib.

“Insight Investment” şirkətinin valyuta həlləri üzrə rəhbəri Françeska Fornasari bildirib ki, baş verənlər bir çox investorları aktivlərini necə saxlayacaqları barədə ciddi düşünməyə vadar edib. Onun sözlərinə görə, dollar zəifləyə bilər, lakin güclü ABŞ iqtisadiyyatı və səhm bazarı hələ də valyutanı dəstəkləyir.

Analitiklər qeyd edirlər ki, bazar reaksiyaları ötən ilin aprelində Trampın “Azadlıq Günü” rüsumlarından sonra dolların gündəlik təxminən 2 faiz ucuzlaşması ilə müqayisədə hələlik mülayimdir. Bu isə bazarların Trampın sonda gərginliyi azaldacağına ümid etdiyini göstərir.

“Reuters”əlavə edir ki, ABŞ Ali Məhkəməsinin Trampın rüsumlarının qanuniliyinə dair gözlənilən qərarı, eləcə də Avropa paytaxtlarının mümkün cavab addımları vəziyyəti daha da qeyri-müəyyən edir. Avropa İttifaqı ABŞ-yə qarşı cavab rüsumları tətbiq edə və ya indiyədək sınaqdan keçirilməmiş “anti-məcburetmə alətini” işə sala bilər. Bu mexanizm ABŞ-nin dövlət satınalmalarına, investisiyalara, bank fəaliyyətinə və xidmətlər ticarətinə çıxışını məhdudlaşdıra bilər.

“T Rowe Price” şirkətinin portfel meneceri Leonard Kvan bildirib ki, hazırkı mərhələdə baş verənlər “siqnaldan daha çox səs-küyə bənzəyir”.

Agentlik xatırladır ki, ABŞ kapital bazarlarının dərinliyi və likvidliyi – təkcə ABŞ Xəzinədarlıq bazarının həcmi 30 trilyon dollardır – beynəlxalq investorlar üçün alternativ axtarışını çətinləşdirir. Bununla belə, “Deutsche Bank”ın məlumatına görə, Avropa ölkələri ABŞ-nin ən böyük kreditorlarıdır və 8 trilyon dollar dəyərində ABŞ səhmləri və istiqrazlarına sahibdirlər.

Bankın valyuta araşdırmaları üzrə qlobal rəhbəri Corc Saravelos bildirib ki, Qərb alyansının geoiqtisadi sabitliyinin ciddi şəkildə sarsıldığı bir şəraitdə avropalı investorların bu rolu davam etdirməsi sual altındadır.

Qeyd olunur ki, 2025-ci ildə dollar əsas valyutalara qarşı təxminən 10 faiz ucuzlaşıb, lakin son aylarda sabitləşib. Hazırda investorlar dollar üzrə cəmi 240 milyon dollar dəyərində müsbət mövqeyə malikdirlər ki, bu da bazar əhval-ruhiyyəsinin yenidən dəyişə biləcəyini göstərir.

“Capital Economics” hesab edir ki, ABŞ rüsumlarından ən çox zərər görəcək ölkələr Böyük Britaniya və Almaniyadır və 25 faizlik rüsum onların iqtisadi artımını 0,2–0,3 faiz azalda bilər. “Reuters”in məlumatına görə, 2025-ci ilin fevral–noyabr aylarında Almaniya şirkətlərinin ABŞ-yə yatırımları əvvəlki illə müqayisədə təxminən iki dəfə azalıb.

“Janus Henderson” şirkətinin portfel meneceri Oliver Blekbörn isə bildirib ki, investorlar arasında iqtisadiyyata həddindən artıq inam mövcuddur və bu da bazarlarda gizli kövrəklik yaradır.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Yanvar 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see172

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see164

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see141

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see141

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see139

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri