Avropa Liqası: “Qarabağ” “Lion” oyununun hakimləri açıqlanıb AZƏRTAC

26.11.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 noyabr, AZƏRTAC

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” ilə Fransanın “Lion” komandası arasında keçiriləcək IV tur oyununa təyinatlar açıqlanıb.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Nenad Minakoviç olacaq. Ona yan xətt hakimləri Nikola Boroviç və Boşko Bojoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək.

VAR hakimi Momçilo Markoviç, onun köməkçisi isə Novak Simoviç olacaq.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью