Avropa Liqası: “Qarabağ” “Lion” oyununun hakimləri açıqlanıb AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 26 noyabr, AZƏRTAC
UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” ilə Fransanın “Lion” komandası arasında keçiriləcək IV tur oyununa təyinatlar açıqlanıb.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Nenad Minakoviç olacaq. Ona yan xətt hakimləri Nikola Boroviç və Boşko Bojoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək.
VAR hakimi Momçilo Markoviç, onun köməkçisi isə Novak Simoviç olacaq.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:Avropa Liqası: “Qarabağ” “Lion” oyununun hakimləri açıqlanıb
26 Noyabr 2024 17:33
UEFA Avropa Liqası: Qarabağ Lion oyununun hakimləri müəyyənləşib
26 Noyabr 2024 13:38
Avropa Liqası: “Qarabağ” “FCSB” oyununun hakimləri açıqlanıb AZƏRTAC
21 Yanvar 2025 13:10
Avropa Liqası: “Elfsborq” “Qarabağ” oyununun hakimləri açıqlanıb AZƏRTAC
10 Dekabr 2024 13:26
Baxış sayı:94
Bu xəbər 26 Noyabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















