Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin Avropada hərbi mövcudluğunu azaltmaq, xüsusən də Ukrayna ilə bağlı planları Avropa İttifaqına (Aİ) üzv ölkələri gələcək təhlükəsizliklərini təmin edilməsi istiqamətində konkret addımlar atmağa vardar edir.
Bu səbəbdən də bu gün 27 dövlət və hökumət başçısınının iştirakı ilə Aİ Şurasının fövqəladə iclası keçiriləcək.
İclasda Avropanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı sürətli silahlanmaq məqsədilə hərbi sənaye kompleksinə investisiyaların kəskin şəkildə artırılması və digər təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Avropa Komissiyasının (AK) sədri Ursula von der Leyen ötən həftə avropalı liderlərin London sammitində çıxışı zamanı mövcud şəraitdə Avropanın təhlükəsizliyinə ciddi təhdidlərin olduğunu nəzərə alaraq “qoca qitə”nin etibarlı şəkildə müdafiəsinin və təhlükəsizliyini təmin etmək üçün təcili silahlandırılmasının zəruriliyini bəyan edib.
Əsas təhlükənin isə Rusiyadan oldğunu açıq şəkildə bəyan edirlər.
Avropa ölkələri hələ Donald Trampın birinci prezidentliyi dövründə NATO ilə bağlı planlarını açıqlayaraq, Avropa ölkələrinin hərbi xərclərini artırmaqla bağlı bəyanatlar versə də, həmin dövrdə Aİ-yə üzv ölkələr Trampın bu bəyanatlarını qulaqardına vurdular.
İnanmaq istəmədilər ki, ABŞ nə zamansa Avropanın təhlükəsizlik çətirindən əl çəkər.