Icma.az
close
up
RU
Avropa NATO ilə vidalaşır: liderlər “silahlanın” deyə bağırır

Avropa NATO ilə vidalaşır: liderlər “silahlanın” deyə bağırır

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin Avropada hərbi mövcudluğunu azaltmaq, xüsusən də Ukrayna ilə  bağlı planları Avropa İttifaqına (Aİ) üzv ölkələri   gələcək təhlükəsizliklərini təmin edilməsi istiqamətində konkret addımlar atmağa vardar edir. Bu səbəbdən də bu gün 27 dövlət və hökumət başçısınının iştirakı ilə  Aİ Şurasının fövqəladə iclası keçiriləcək. 

İclasda Avropanın  təhlükəsizliyinin təmin edilməsi ilə bağlı sürətli silahlanmaq məqsədilə hərbi sənaye kompleksinə investisiyaların kəskin şəkildə artırılması və digər təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Avropa Komissiyasının (AK) sədri Ursula von der Leyen ötən həftə avropalı liderlərin London sammitində çıxışı zamanı mövcud şəraitdə Avropanın   təhlükəsizliyinə ciddi təhdidlərin olduğunu nəzərə alaraq “qoca qitə”nin etibarlı şəkildə  müdafiəsinin və  təhlükəsizliyini təmin etmək üçün təcili silahlandırılmasının zəruriliyini bəyan edib. Əsas təhlükənin isə Rusiyadan oldğunu açıq şəkildə bəyan edirlər. 

Avropa ölkələri hələ Donald Trampın birinci prezidentliyi dövründə NATO ilə bağlı planlarını açıqlayaraq, Avropa ölkələrinin hərbi xərclərini artırmaqla bağlı bəyanatlar versə də, həmin dövrdə Aİ-yə üzv ölkələr Trampın bu bəyanatlarını qulaqardına vurdular. İnanmaq istəmədilər ki, ABŞ nə zamansa Avropanın təhlükəsizlik çətirindən əl çəkər. Lakin Tramp ikinci dəfə prezident seçildikdən sonra bu istiqamətdə  konkret addımlar atamağa başlayanda isə Avropa ölkələrində ciddi çaşqınlığa və təlaşa səbəb oldu. 

Trampın Ukrayna böhranın həlli istiqamətində sərgilədiyi mövqedən sonra Avropa ölkələri təhlükəsizliklərinin təminatı məsələsində həddən artıq əndişə keçirməkdədirlər. Çünki Tramp Ukrayna ilə Avropanın gələcək təhlükəsizliyinin təmin edilməsi məsuliyyətini “qoca qitə”nin öz üzərinə qoyacağını açıq şəkildə bəyan edib. Bu isə o deməkdir ki, NATO artıq bir hərbi-siyasi güc kimi səhnədən gedir. Ən yaxşı halda NATO varlığını qorumaqla yeni formada fəaliyyətini davam etdirəcək. 

Artıq gedən proseslər, Trampın yürütdüyü siyasət NATO-da dəyişiklərin baş verəcəyini qaçılmaz edir və bu, geriyədönməz xarakter alır. Rusiya-Ukrayna müharibəsindən sonra isə NATO güclü hərbi-siyasi güc kimi öz effektivliyini itirir və bu proses getdikcə daha da sürətlənir. Onsuz da NATO daxilində uzun müddətdir ziddiyətlər hökm sürürdü. Bir çox məsələlərdə vahid mövqeyə gəlməkdə problemlər yaşansa da, bu özünü indiki kimi açıq şəkildə büruzə verməmişdi. Amma NATO-nun yenilənməsi və ya  bir hərbi-siyasi güc kimi  səhnədən gedir, bu  barədə indidən nəsə demək çətindir.  Amma dəyişikliklərin olacağı qaçılmazdır. 

Nəticədə Avropa hazır olmadığı belə bir çətin və mürəkkəb situasiya ilə üzləşməsi yaranmış durumdan çıxmaq üçün nə qədər gec olsa da, öz gələcək müdafiəsini və təhlükəsizliyini müdafiə etmək istiqamətində təcili addımlar atmaq məcburiyyətində qalıb. London sammiti də bu istiqamətdə keçirilən ilk tədbir idi. Bu gün isə keçiriləcək fövqəladə toplantıda Avropanın qarşısında duran çağırışlar, hədəflər və təhdidlər geniş formada müzakirə olunaraq qərarlar veriləcək.

AK sədri Leyen hələ London sammitində bildirib ki, rəhbərlik etdiyi təşkilatın martın 6-da keçiriləcək fövqəladə toplantıda təkliflər paketini Avropa Şurasına təqdim edəcək.

Qeyd edək ki, Avropa İttifaqı müdafiə xərclərini artırmaq üçün 150 milyard avro kredit ayırmaq niyyətindədir. Ancaq AK sədri Ursula von der Leyen toplantıda Aİ-yə üzv ölkələrə qarşıdakı dörd il ərzində müdafiə xərclərinə əlavə olaraq 650 milyard avro məbləğində milli büdcələrindən istifadə etməyə icazə verə biləcək maliyyə yardımı bəndinin aktivləşdirilməsini təklif edəcəyini  bildirib. Bununla da kreditlərlə birlikdə Aİ hərbi ehtiyaclar üçün təxminən 800 milyard avroyadək artırmağı planlaşdırır.

Bundan əlavə, Avropa Komissiyasının planları özəl maliyyələşdirmənin səfərbər edilməsini, Aİ-nin digər vəsaitlərinin müdafiə məqsədləri üçün və bir sıra digər mənbələrin yenidən bölüşdürülməsi nəzərdə tutulur.

Avropanın ABŞ-dən kənar silahlanması istiqamətində konkret addımların atılmasını Fransa prezidenti Emmanuel Makronda martın 5-də xalqa müraciətində dilə gətirib. Makron qeyd edib ki, Avropanın gələcəyi Vaşinqtonda və ya Moskvada həll olunmur. Bundan sonra Avropanın gələcəyini özü müəyyən etməlidir. Onun sözlərinə görə, Ukrayna və Avropaya əsas təhlükə Rusiyadan gəldiyindən təcili təxirəsalınmaz addımlar atılmalıdır. O bildirib ki, Rusiyanın təhdidlərindən sonra Fransa yeni çağırışların öhdəsindən gəlmək üçün hərbi büdcəni ikiqat artırır. Fransa ilə yanaşı, Almaniya, Polşa, Danimarka və digər tərəfdaşlar hərbi xərcləri artıracaqlar. Bununla da Avropa ölkələri daha çox özünümüdafiəyə üstünlük verməklə ABŞ-dən asılılığını azaltmaq niyyətindədirlər. 

Bütün bu və digər məsələlər Aİ Şurasının fövqəladə iclasında müzakirə ediləcək.

Digər mühüm məqam isə ondan ibarətdir ki, Aİ ölkələri Avropanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində nə qədər sürətli təxirəsalınmaz tədbirlər planı həyata keçirsə belə, bunun yaxın 5 ilə həyata keçirməsi mümkün deyil.  Ona görə də Brüssel bu prosesə Aİ üzvü olamayan Böyük Britaniya, Kanada və Türkiyəni cəlb etməlidir. 

Bütün bunlarla yanaşı, Avropa ABŞ ilə hərbi sahədə əməkdaşlıq istiqamətində dialoqunu davam etdirməlidir. Bunu Fransa prezidenti Makron xalqa müraciətində deyib və ABŞ-nin Ukrayna və Avropanın  tərəfində olacağına ümidvar olduğunu dilə gətirib. “ABŞ-nin bizim yanımızda dayanacağına inanmaq istəyirəm, lakin bunun belə olmayacağına da hazır olmalıyıq”, - Makron qeyd edib. Əks təqdirdə Aİ üzvləri təkbaşına özlərinə etibarlı “təhlükəsizlik çətiri” formalaşdırması o qədər də asan olmayacaq. 

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Mart 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri