Avropa nəhəngləri Çelsinin forvardı ilə maraqlanır

13.05.2025

Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa nəhəngləri "Çelsi" klubunun forvardı ilə maraqlanır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Bavariya" və "Yuventus" yay transfer pəncərəsində klubdan ayrılmaq istəyən Kristofer Nkunku ilə maraqlanırlar.

Qeyd edək ki, fransalı hücumçunun "mavilər"lə hazırkı müqaviləsi 2029-cu ilin iyun ayının sonuna kimidir.

Kristofer Nkunku bu mövsüm "Çelsi"nin heyətində 42 oyunda 14 qol vurub və 5 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı onun dəyərini 45 milyon avro qiymətləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью