Avropa nəhəngləri Çelsinin forvardı ilə maraqlanır
Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa nəhəngləri "Çelsi" klubunun forvardı ilə maraqlanır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Bavariya" və "Yuventus" yay transfer pəncərəsində klubdan ayrılmaq istəyən Kristofer Nkunku ilə maraqlanırlar.
Qeyd edək ki, fransalı hücumçunun "mavilər"lə hazırkı müqaviləsi 2029-cu ilin iyun ayının sonuna kimidir.
Kristofer Nkunku bu mövsüm "Çelsi"nin heyətində 42 oyunda 14 qol vurub və 5 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı onun dəyərini 45 milyon avro qiymətləndirir.

4 nəhəng Çelsinin yetirməsi ilə maraqlanır
22 Noyabr 2024 17:55
Avropa nəhəngləri “Siti”nin vunderkidi ilə maraqlanır
08 Aprel 2025 17:14
Çelsinin hücumçusu zədələndi
13 Fevral 2025 21:43
Çelsinin futbolçusundan rekord
09 Dekabr 2024 11:02
Milan Çelsinin futbolçusu ilə anlaşdı
10 Dekabr 2024 21:19

