Icma.az, Bizimyol portalına istinadən məlumat verir. Rusiya prezidenti Vladimir Putin yaxın iki həftə ərzində ABŞ prezidenti Donald Trampla
Rusiya təyyarələrinin həm ABŞ, həm də Avropa İttifaqının hava məkanına daxil olması qadağan edilib.
Buna görə də Putin Budapeştə səfər etməyi seçərsə, Aİ üzvü olan ölkənin hava məkanından istifadə etmək üçün xüsusi icazə almalı olacaq.
Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Putinin Macarıstana səfəri Avropa üçün ciddi siyasi və hüquqi problemə çevrilib.
Əli Mustafa “Məsələ ordadır ki, Avropa İttifaqı 2022-ci ildən öz hava məkanlarını Rusiyanın rəsmilərinə, o cümlədən Putinə bağlayıblar.
Yəni anlaşılan odur ki, Avropa İttifaqı görüşə heç də isti baxmır.
Hətta beşinci gün Avropa İttifaqı liderlərinin Londonda görüşü planlaşdırılır. Zelenski görüşdə iştirak edəcək.
Rusiya mətbuatı belə bu görüşü sammitə maneə kimi təqdim edirlər: "Avropa istəyir ki, Tramp-Putin görüşü alınmasın".