Icma.az
close
up
RU
Avropa ölkələri Trampın Putinə aldanmamasını istəyir, Rusiya Qərbi sülhə mane olmaqda günahlandırır

Avropa ölkələri Trampın Putinə aldanmamasını istəyir, Rusiya Qərbi sülhə mane olmaqda günahlandırır

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Rusiya prezidenti Vladimir Putin yaxın iki həftə ərzində ABŞ prezidenti Donald Trampla görüşmək üçün Budapeştə getməyə qərar verərsə, ilk növbədə bir sıra maneələri dəf etməli olacaq. Rusiya təyyarələrinin həm ABŞ, həm də Avropa İttifaqının hava məkanına daxil olması qadağan edilib. Buna görə də Putin Budapeştə səfər etməyi seçərsə, Aİ üzvü olan ölkənin hava məkanından istifadə etmək üçün xüsusi icazə almalı olacaq.

Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Putinin Macarıstana səfəri Avropa üçün ciddi siyasi və hüquqi problemə çevrilib.

Əli Mustafa

“Məsələ ordadır ki, Avropa İttifaqı 2022-ci ildən öz hava məkanlarını Rusiyanın rəsmilərinə, o cümlədən Putinə bağlayıblar. Yəni anlaşılan odur ki, Avropa İttifaqı görüşə heç də isti baxmır. Hətta beşinci gün Avropa İttifaqı liderlərinin Londonda görüşü planlaşdırılır. Zelenski görüşdə iştirak edəcək.

Rusiya mətbuatı belə bu görüşü sammitə maneə kimi təqdim edirlər: "Avropa istəyir ki, Tramp-Putin görüşü alınmasın". Hərçənd bu görüş Alyaskada baş tutdu, amma ciddi bir nəticə əldə olunmadı. İndi nələr əldə olunacaq, bu barədə təbii ki, ciddi müzakirələr var, amma öncə Putinin Macarıstana gedib çıxması lazımdır.

Mətbuatın verdiyi məlumata görə, rəsmi olaraq Rusiya tərəfinin qərarı yoxdur. Hansı marşrutdan istifadə edəcək, necə gedəcək? Ehtimal var ki, Putin Türkiyə üzərindən Serbiyaya uçacaq, oradan da Macarıstana gələcək. Normalda Avropa ölkələri, Avropa İttifaqının üzvü olan dövlətlər Beynəlxalq Cinayət Məhkəməsinin qərarına uyğun olaraq onu həbs etməlidirlər. Yəni Putin onların hava məkanından keçərsə, onlar onu yendirib Beynəlxalq Cinayət Məhkəməsinə təslim etməlidirlər və bu öhdəlik Macarıstan üçün də keçərlidir”-deyən Əli Mustafa qeyd edib ki, Macarıstan bunu yəqin ki, etməyəcək, çünki Beynəlxalq Cinayət Məhkəməsindən çıxdığını bildirib, amma rəsmi üzvlük 2026-cı ildə bitəcək.

Əli Mustafa bildirib ki, bütün hallarda hələlik sorunlar var: “Rusiya tərəfi hesab edir ki, Avropa İttifaqı Rusiya ilə Amerika arasında sülh danışıqlarının baş tutmasını istəmir və müharibənin davam etməsində maraqlıdır. Amma Avropa tərəfi də hesab edir ki, Tramp-Putin görüşü müharibəni uzada bilər. Düşünürlər ki, Putin hər dəfə bir bəhanə ilə Trampı aldadır və onun Ukraynaya kömək etməsinin qarşısını alır, bu da Rusiyanı sülhə məcburetməni əngəlləyir. Yəni onlar hesab edirlər ki, ABŞ “Tomaqavk” raketlərini Ukraynaya verərsə, bu halda Rusiya müharibəni dayandırmağa məcbur olar. Amma indi ehtimal olunur ki, Macarıstanda Rusiya və ABŞ yalnız Ukraynanı deyil, həm də özlərinin münasibətləri və konkret ticari əlaqələrini müzakirə edə bilərlər. Hətta Rusiya ilə ABŞ arasında bir dənizaltının tikilməsi ilə bağlı fikirlər də var. Yəni ehtimal olunur ki, ABŞ Rusiyanın Uzaq Şərqdəki zəngin təbii ehtiyatlarına meyllənir. Yəni bu görüşdə belə bir iqtisadi sazişin bağlanması ehtimalı var. Avropa bundan da narahatdır”.

Politoloqun fikrincə, Putinin Budapeştə getməsi hələlik əngəllənmiş kimi göstərilir.

“Əvvəl-axır qərar veriləcək. Əgər Putin Türkiyə və Serbiya üzərindən getməli olacaqsa, bu halda onun təqribən yolu bir neçə dəfə uzanır. Yəni təqribən 1500 kilometrlik məsafəni 5000 kilometr qət etməklə gedib çıxa bilər. Hər halda son qərar yoxdur. Yəni yaxın iki həftə ərzində bu görüş baş tutmalıdır. Yəqin ki, bu günlərdə tərəflərin rəsmi mövqeyi bilinəcək”-deyə Əli Mustafa bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 Oktyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri