Avropa ölkələri Ukraynaya qoşun göndərmək məsələsini müzakirə edir “Politico” | Icma.az
Icma.az bildirir, Bizimyol portalına istinadən. Avropa ölkələri Ukraynaya mümkün hərbi kontingentin göndərilməsi məsələsini müzakirə etməkdə
Bizimyol.info xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri avropalı diplomatlara istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Fransa prezidenti Emmanuel Makron 2024-cü ilin dekabrında ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Vladimir Zelenski ilə görüşüb.
Söhbət zamanı Tramp onlardan Ukrayna böhranının həlli yolunu təqdim etməyi xahiş edib.
Bir neçə gün sonra Zelenski Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsinin mümkün ideya olduğunu söyləyib.
Nəşrin qeyd etdiyi kimi, bundan sonra Makron Polşanı sülhməramlıların göndərilməsinin məqsədəuyğunluğuna inandırmağa ümid edirdi, lakin o, Polşanın baş naziri Donald Tuskun fikir ayrılığı ilə qarşılaşıb və nəticədə danışıqlar dalana dirənib.
Bununla belə, iki avropalı diplomat “Politico”ya bildiriblər ki, bütün çətinliklərə baxmayaraq, kontingentin göndərilməsi ilə bağlı danışıqlar hələ də davam edir.
Fransanın yüksək rütbəli hərbi zabitinin nəşrə verdiyi məlumata görə, Ukrayna münaqişəsinin həlli variantı seçilsə də, bu, çox güman ki, tezliklə elan olunacaq, çünki Tramp “ilk 100 gün ərzində diplomatik qələbələr” istəyir.
Tam oxu
Xəbəri oxu