Icma.az
close
up
RU
Avropa ölkələri Ukraynaya qoşun göndərmək məsələsini müzakirə edir “Politico”

Avropa ölkələri Ukraynaya qoşun göndərmək məsələsini müzakirə edir “Politico”

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Avropa ölkələri Ukraynaya mümkün hərbi kontingentin göndərilməsi məsələsini müzakirə etməkdə davam edir.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri avropalı diplomatlara istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Fransa prezidenti Emmanuel Makron 2024-cü ilin dekabrında ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Vladimir Zelenski ilə görüşüb. Söhbət zamanı Tramp onlardan Ukrayna böhranının həlli yolunu təqdim etməyi xahiş edib. Bir neçə gün sonra Zelenski Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsinin mümkün ideya olduğunu söyləyib.

Nəşrin qeyd etdiyi kimi, bundan sonra Makron Polşanı sülhməramlıların göndərilməsinin məqsədəuyğunluğuna inandırmağa ümid edirdi, lakin o, Polşanın baş naziri Donald Tuskun fikir ayrılığı ilə qarşılaşıb və nəticədə danışıqlar dalana dirənib. Bununla belə, iki avropalı diplomat “Politico”ya bildiriblər ki, bütün çətinliklərə baxmayaraq, kontingentin göndərilməsi ilə bağlı danışıqlar hələ də davam edir.

Fransanın yüksək rütbəli hərbi zabitinin nəşrə verdiyi məlumata görə, Ukrayna münaqişəsinin həlli variantı seçilsə də, bu, çox güman ki, tezliklə elan olunacaq, çünki Tramp “ilk 100 gün ərzində diplomatik qələbələr” istəyir. Bununla belə, o xəbərdarlıq edib ki, sülh planını “relsdən çıxara biləcək çox şeylər” var.

Atəşkəsdən sonra Ukrayna ilə Rusiya arasında demarkasiya xəttinə sülhməramlı qüvvələrin göndərilməsi ilə bağlı artıq təkliflər səslənib. Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla bir sıra siyasətçilərin 40 min avropalı hərbçinin cəlb oluna biləcəyi belə bir missiyanın konkret məzmununu müzakirə etdiyi bildirilir. KİV-in məlumatına görə, ABŞ-ın yeni prezidenti Donald Trampın administrasiyası Avropa ölkələrinin kontingenti hesabına 200 min nəfərlik missiyanın formalaşdırılması imkanını nəzərdən keçirir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bəyan etmişdi ki, xarici hərbi kontingentlərin Ukraynada olması son dərəcə mənfi nəticələrə, o cümlədən geri dönüşü olmayan nəticələrə gətirib çıxara bilər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Yanvar 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see276

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see223

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see157

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see157

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see157

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see144

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see127

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri