Avropa paytaxtında Ukrayna bayrağı UCALDILDI

24.08.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Komissiyasının Brüsseldəki mənzil-qərargahı qarşısında Ukraynanın Müstəqillik Günü münasibətilə ölkənin dövlət bayrağı qaldırılıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen "X" sosial şəbəkəsində paylaşım edib.

Aİ rəhbəri Ukraynanın tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacağını vurğulayıb:

“Biz Ukraynanın Müstəqillik Gününü qeyd etməyə hazırlaşırıq və Ukrayna bayrağını Brüsseldə - birliyimizin tam mərkəzində fəxrlə dalğalanması üçün qaldırırıq. Ukrayna öz təhlükəsizliyini, azadlığını geri qaytaracaq və birliyimizdə öz qanuni yerini tutacaq”.

Qeyd edək ki, bayram münasibətilə Parisin rəmzi olan Eyfel qülləsi də Ukrayna bayrağının sarı-mavi rəngləri ilə işıqlandırılacaq.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью