Avropa paytaxtında Ukrayna bayrağı UCALDILDI
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa Komissiyasının Brüsseldəki mənzil-qərargahı qarşısında Ukraynanın Müstəqillik Günü münasibətilə ölkənin dövlət bayrağı qaldırılıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen "X" sosial şəbəkəsində paylaşım edib.
Aİ rəhbəri Ukraynanın tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacağını vurğulayıb:
“Biz Ukraynanın Müstəqillik Gününü qeyd etməyə hazırlaşırıq və Ukrayna bayrağını Brüsseldə - birliyimizin tam mərkəzində fəxrlə dalğalanması üçün qaldırırıq. Ukrayna öz təhlükəsizliyini, azadlığını geri qaytaracaq və birliyimizdə öz qanuni yerini tutacaq”.
Qeyd edək ki, bayram münasibətilə Parisin rəmzi olan Eyfel qülləsi də Ukrayna bayrağının sarı-mavi rəngləri ilə işıqlandırılacaq.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 24 Avqust 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















