Avropa qorxu və təlaş içindədir TƏHLİL | Icma.az
Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya-Ukrayna müharibəsinin getdikcə daha amansız və dağıdıcı xarakter alması dünyanın əksər ölkələrinin iqtisadiyyatına, ticarət əlaqələrinə ciddi təsir etməklə yanaşı, bəzi ölkələr müharibənin onların qapısını döyəcəyi qorxusunu yaşamaqdadırlar.
Hətta Niderland, İsveçrə, Almaniya, Norveç, Polşa kimi dövlətlər Rusiyanın onların şəhərlərini məhv edə biləcəyi qorxusunu önləmək üçün müdafiə tədbirlərini artırıblar.
Ancaq bu kimi müdafiə tədbirlərinin müharibənin Avropanın içərilərinə qədər uzanmasının qarşısını ala bilməyəcəyi görünür.
Çünki Rusiya tərəfi Avropa ölkələrini açıq təhdidlər edir, bəzi hallarda xəbərdarlıq xarakterli sərhəd pozuculuğu həyata keçirir.
ABŞ prezidenti Donald Trampın Ukraynada müharibəni dayandıracağını açıqlasa da, hələ ortada heç bir nəticə yoxdur.
Hətta Rusiya-Ukrayna müharibəsinə son qoyulması üçün Səudiyyə Ərəbistanında Rusiya-ABŞ nümayəndə heyətləri arasında görüş də keçirilib.
Görüşdə ABŞ-nin dövlət katibi Marko Rubio, Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff, Rusiyanı isə xarici işlər naziri Sergey Lavrov və Vladimir Putinin köməkçisi Yuri Uşakov təmsil olunublar.
Tam oxu
Xəbəri oxu