Icma.az
close
up
RU
Avropa qorxu və təlaş içindədir TƏHLİL

Avropa qorxu və təlaş içindədir TƏHLİL

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsinin getdikcə daha amansız və dağıdıcı xarakter alması dünyanın əksər ölkələrinin iqtisadiyyatına, ticarət əlaqələrinə ciddi təsir etməklə yanaşı, bəzi ölkələr müharibənin onların qapısını döyəcəyi qorxusunu yaşamaqdadırlar. Hətta Niderland, İsveçrə, Almaniya, Norveç, Polşa kimi dövlətlər Rusiyanın onların şəhərlərini məhv edə biləcəyi qorxusunu önləmək üçün müdafiə tədbirlərini artırıblar. Ancaq bu kimi müdafiə tədbirlərinin müharibənin Avropanın içərilərinə qədər uzanmasının qarşısını ala bilməyəcəyi görünür. Çünki Rusiya tərəfi Avropa ölkələrini açıq təhdidlər edir, bəzi hallarda xəbərdarlıq xarakterli sərhəd pozuculuğu həyata keçirir. ABŞ prezidenti Donald Trampın Ukraynada müharibəni dayandıracağını açıqlasa da, hələ ortada heç bir nəticə yoxdur. Hətta Rusiya-Ukrayna müharibəsinə son qoyulması üçün Səudiyyə Ərəbistanında Rusiya-ABŞ nümayəndə heyətləri arasında görüş də keçirilib. Görüşdə ABŞ-nin dövlət katibi Marko Rubio, Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff, Rusiyanı isə xarici işlər naziri Sergey Lavrov və Vladimir Putinin köməkçisi Yuri Uşakov təmsil olunublar. Danışıqlar 15 dəqiqəlik fasilə və lanç fasiləsi daxil olmaqla 5 saata yaxın davam edib. Danışıqlardan sonra Rusiya nümayəndə heyətinin üzvü, RF prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ tərəfi ilə dialoq pis keçməyib. Ukrayna nümayəndə heyəti ABŞ və Rusiya nümayəndələrinin görüşündən sonra əlavə məsləhətləşmələr aparmaq üçün ABŞ rəsmiləri ilə görüşüblər. Bu barədə Ukrayna Prezidenti ofisinin müşaviri Sergey Leşşenko bildirib. Görüşün iki mövzunu əhatə etdiyini bildirən Ukrayna rəsmisi onu da qeyd edib ki, birincisi infrastruktur və gəmiçiliyin təhlükəsizliyidir: “Söhbət qarşılıqlı atəşkəsdən gedirdi. Biz rusların dənizdəki obyektlərinə hücum etmirik. Onlar bizim obyektlərimizə və limanlarımıza - Xerson, Nikolayev və böyük Odessa limanlarına hücum edirlər, böyük dağıntılar törədirlər”.

S.Leşşenko bildirib ki, danışıqlar kifayət qədər uzun çəkə bilər, lakin görüşlərin müntəzəm olacağı vəd edilir: “Bu, texniki danışıqlardır. Adətən, danışıqlar bir gün deyil, bəzən aylar çəkir, bəzi danışıqlar isə, məsələn, Yaxın Şərq nizamlanması, illərlə davam edir. Sadəcə, başa düşməliyik ki, görüşlər kifayət qədər müntəzəm olacaq və hər görüş ictimai bəyanatlarla başa çatmır”.

Görüşdən sonra D.Tramp Rusiya prezidenti V.Putinlə də telefon danışığı aparıb. Telefon danışığını məhsuldar adlandıran Tramp Putinlə uzun və məhsuldar bir telefon danışığı olduğunu və ortaq sahələrlə bağlı bir çox mövzunu müzakirə etdiklərini bildirib. Tramp, ABŞ və Rusiya arasında birgə çalışmanın hər iki ölkəyə fayda verəcəyini bildirib: “Xüsusilə, Rusiya-Ukrayna müharibəsində milyonlarla ölümü dayandırmaq istəyirik, bir-birimizi ziyarət etmək də daxil olmaqla, çox yaxından işləmək barədə razılaşdıq. Nümayəndələrimizin müharibənin dayandırılması üçün dərhal danışıqlara başlaması ilə bağlı razılığa gəldik”.

Tramp həm hədələyir, həm də xahişlər edir

Tramp Putindən sonra Ukrayna prezidenti Zelenski ilə də telefon danışığı aparıb. Bununla bağlı bildirib ki, Zelenski də sülh istəyir. ABŞ Dövlət Departamenti yazılı açıqlamasında Trampla Putin arasına keçirilən telefon danışığının sülhün əldə edilməsinə doğru atılan müsbət addım adlandırıb: ”Biz Putini rəqib, bəzən də düşmən kimi görürük, lakin Tramp liderlərlə yaxşı münasibətlər qurmaq və onlarla dil tapmaq istəyir”.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə aprelin 17-də İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşündən sonra keçirilən brifinqdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması və sülhün əldə olunması ilə bağlı nikbin fikirlər səsləndirib. Qeyd edib ki, Rusiya ABŞ-a Ukraynada “atəşkəs” təklifinə “bu həftə” cavab verəcək.. İtaliyanın baş naziri Trampdan Rusiyanın atəşkəsə hazır olub-olmamasına hansı məqamda qərar verəcəyini və lazım gələrsə, ona qarşı sanksiyaları sərtləşdirib-kəsmə edəcəyini soruşub. Cavabında ABŞ prezidenti "Görəcəyik nə olacaq. Biz Rusiyadan bu həftə, çox yaxında cavab alacağıq və görəcəyik", - deyə bildirib. O, həmçinin “ölümün və qətlin dayandırılmasını” istədiyini bir daha vurğulayıb.

Bir qədər əvvəl ABŞ dövlət katibi Marko Rubio qeyd etmişdir ki, Birləşmiş Ştatlar Rusiyanın sülhə sadiq olub-olmadığını tezliklə öyrənəcək. Bununla belə Tramp administrasiyasının yüksək rütbəli rəsmiləri son günlər etiraf etməyə başlayıblar ki, Birləşmiş Ştatlar yaxın bir neçə ay ərzində Ukrayna ilə bağlı sülh razılaşmasına nail ola bilməyəcək.

Rusiya-Ukrayna müharibəsinin miqyası genişlən bilər

ABŞ rəsmi dairələrinin, xüsusilə də prezident D.Trampın Rusiya-Ukrayna müharibəsini dayandıracağı ilə bağlı ümidverici fikirlər səsləndirsə də, hələ ki, nəticə yoxdur. Bu isə haqlı olaraq Avropa ölkələrində ciddi qorxu və narahatlıq yaradır. Vəziyyətdən məmnun görünən Ukrayna tərəfi haqlı olaraq Rusiyanı müharibəni uzatmaq da ittiham etməklə yanaşı ABŞ-a qarşı da tənqidi ifadələr səsləndirib. V.Zelenski açıq şəkildə ABŞ rəsmilərinin diqqətinə çatdırır ki, Rusiya heç bir halda sülh çağırışlarına əməl etməyəcək. Bu baxımdan da Vladimir Zelenski ABŞ-ın atəşkəsdən imtina etməsinə cavab olaraq Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsini gözlədiyini bildirib. Sumi şəhərində dinc sakinlərin Rusiya tərəfindən ballistik raketlərlə atəşə tutulmasının ardıca aprelin 18-də səhər saatlarında Rusiya hərbi qüvvələrinin Xarkovda kasetli bombalarla dinc əhalinin hədəf seçilməsi Zelenskinin haqlı olduğuna əsaslar yaradır. Həmin gün Rusiya ballistik raketlər Xarkovu vurması nəticəsində bir nəfər ölüb, 70-dən çox dinc sakin isə yaralanıb. Bu barədə OVA rəhbəri Oleq Sinegubov özünün sosial şəbəkə hesabında yazıb: "Düşmən raketi Xarkovun sıx məskunlaşdığı əraziyə düşüb. Çoxmərtəbəli binaya zərbə endirilib. Dağıntılar altında insanlar ola bilər".

Məlumatlar dəqiqləşdikdən sonra Oleq Sinegubov ilkin informasiyanı açıqlayıb: “İlkin məlumata görə, raket zərbəsi nəticəsində Osnovyanski rayonunda yaşayış binaları vurulub. Xarkova zərbələr kassetalı ballistik raketlərlə endirilib. Məhz buna görə də zərər çəkmiş ərazilər çox böyükdür".

Sinegubov bildirib ki, ölənlər arasında iki uşaq var: biri 4, digəri 3 yaşından kiçik. İki uşaq olmaqla 13 nəfər xəstəxanaya yerləşdirilib. 4 nəfərin vəziyyəti ağırdır.

Xarkov şəhər prokurorluğu insan ölümü ilə nəticələnən hərbi cinayətin törədilməsi (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) ilə bağlı ibtidai istintaqa başlayıb. Şəhər prokurorluğun yaydığı məlumatda bildirilir ki, rus işğalçıları raketlərin şəhərə mümkün qədər çox ziyan vurması üçün havada partladılıb: “Artıq müəyyən edilib ki, raket havada mümkün qədər çox mülki hədəfə zərər vurmaq məqsədi ilə partladılıb. Zərbələr yaşayış massivində çoxmənzilli binalar arasında qeydə alınıb. Digər raket mülki müəssisəyə dəyib, yanğına səbəb olub” Partlayış nəticəsində mənzilində olan 79 yaşlı kişi həlak olub. Qurbanlar arasında 3, 4, 14 və 16 yaşlı dörd qız, həmçinin 17 yaşlı oğlan da var.

Tramp Zelenskini başa düşməyə başlayır

Hadisələrin Trampın gözləmədiyi ssenari üzrə davam etməsi ABŞ-ı çıxılmaz duruma salıb. Hətta Ukrayna mətbuatının ölkə rəsmilərinə istinadən yaydığı məlumatlara görə, ABŞ prezidenti D.Tramp Ukrayna prezidenti V.Zelenskinin Rusiyaya qarşı ittihamlarına haqq qazandırıb. Hətta ABŞ prezidenti Donald Trampın Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsində Vladimir Zelenskinin məsuliyyət daşıdığı barədə sözlərindən imtina etdiyi qeyd olunur. Bu barədə onun Ağ Evdə İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşü zamanı bildirilib. Tramp bildirib ki, müharibənin baş verməsinə görə, Zelenski məsuliyyət daşımır, amma bu müharibənin başlaması məni həyəcanlandırmır. Bunu onunla izah edib ki, o, prezident olsaydı, Ukraynada müharibə heç vaxt başlamazdı və bu, onun birinci prezidentliyi dövründə belə olub. Ona görə də mən Zelenskidən razı deyiləm və bu işdə əli olan heç kimdən razı deyiləm. Tramp onu da qeyd edib ki, o, Vladimir Putini dayandırmağa çalışır, çünki bildiyiniz kimi, Rusiya daha böyükdür, daha böyük ordusu var və əgər sən ağıllısansa, müharibələrə qarışmazsan: “Siz o oturacaqda oturan oğlanı, Baydeni nə baş verdiyini bilmədiyi üçün günahlandıra bilərsiniz. Amma mən sizə zəmanət verə bilərəm - və hamı razıdır - əgər mən prezident olsaydım, bu müharibə heç vaxt baş verməzdir”.

Trampın son fikirləri düşündürücü olsa da, şübhəli məqamlar da yaratmağa və fikirlər yürütməyə imkanlar verir. Çünki Rusiya-Ukrayna müharibəsinin birinci mərhələsi elə D.Trampın birinci prezidentliyi dövründə qoyulub. Hansı ki, artıq o dövrdə Krım Rusiya tərəfindən işğal olunmuşdur. Trampın komandası heç şübhəsiz ki, Rusiyanın Ukrayna ərazilərinə hücum edəcəyini planlaşdırdığını bilirdi və bunu kəşfiyyat məlumatları ilə də aydınlaşdırmışdır. Ancaq heç bir qabaqlayıcı tədbirlər görə bilmədi və ya görmək gücünə malik olmadı. Hazırda Trampın nə deməsindən və söyləməsindən asılı olmayaraq Rusiya-Ukrayna müharibəsi ağır və amansız forması ilə davam edir və bu müharibəni dayandırmağa heç kimin gücü çatmır. Ən narahat doğuran hal isə ondan ibarətdir ki, müharibə Avropa ölkələrini cənginə almaq riski qarşısındadır. Sadəcə, bir qığılcım kifayətdir ki, Avropa paytaxtları alova bürünsün və bu alovun içində yüz minlərlə insan yanaraq külə dönsün. Təbii ki, hər hansı bəşər övladı ikinci dünya müharibəsinin təkrarı ola biləcək dəhşətli savaşın baş verməsini arzu etməz. Lakin reallıq deyilən bir anlayış da var: Nə Rusiya, nə də Ukrayna güzəştə getmək istəmirlər. İkincinin mövqeyində israrlı olması anlaşılandır. Nədən ki, Zelenski hakimiyyəti torpaqlarını güzəştə getməklə xalqının tarixində satqın və xəyanətkar hakimiyyət olaraq qalmaq istəmir. Putin isə ilhaq etdiyi Ukrayna torpaqlarından imtina etmək istəmir. Birincisi ona görə ki, dünyada özü haqqında formalaşan imici var. İkincisi, referendum yolu ilə, Ukrayna ərazilərini torpaqlarına qatıb. Üçüncüsi isə, bir milyona yaxın əsgər və zabitini qara torpağın altına gömülməklə, torpağın üst qatını zəbt etməyə nail olub. Ona görə də, müharibənin dayandırması mümkünsüz görünür. Əksinə, müharibənin miqyasının genişlənərək Avropa ərazilərinə keçməsi gözlənilir. Hansı ki, bu hal da dünya dəhşətli fəlakətlə üzləşməli olacaq. Hətta nüvə silahının işə salınması və dünyanın sonunun gətirilməsi gözlənilir.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Aprel 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna müharibəsi Rusiyanın təsirlərini zəiflətdi

09 İyun 2026 14:11see286

ABŞ və İran razılaşa biləcək? ŞƏRH

09 İyun 2026 18:31see274

Azərbaycan və Skandinaviya arasında enerji əməkdaşlığı üçün unikal imkanlar

09 İyun 2026 06:32see234

Diz ağrısı ilə xəstəxanaya getdi, rentgendə yüzlərlə qızıl aşkarlandı

09 İyun 2026 06:00see220

Tramp: ABŞ ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

10 İyun 2026 00:06see203

Gənc ana və oğulları

09 İyun 2026 03:48see200

10 KOB subyekti də “startap”çı oldu

09 İyun 2026 03:24see194

İrana hücumların təkrarlanması ciddi iqtisadi problemlərə səbəb olardı Tramp

10 İyun 2026 00:43see189

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

09 İyun 2026 02:15see183

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see179

“RB Leypsiq”in müdafiəçisi Lukeba Anqola millisinin üzvü ola bilər

09 İyun 2026 01:50see178

Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib

09 İyun 2026 16:43see172

“Döyüş başlıqları anbarlardan çıxarılır” SIPRI dən həyəcan təbili

09 İyun 2026 04:30see172

Ürək üçün ən faydalı 10 QİDA

10 İyun 2026 04:05see169

Qulaqdakı bu xətt infarkt riskini göstərir

09 İyun 2026 03:03see168

Hansı tərəfimiz üzərində yatmalıyıq?

10 İyun 2026 04:43see158

U 21 qırğızlarla bacarmadı

09 İyun 2026 21:09see157

Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...

10 İyun 2026 03:03see152

İran Trampın hədəsinə CAVAB VERDİ

10 İyun 2026 00:41see152

Poçt britaniyalı sakinin sifarişini 19 il sonra çatdırdı

09 İyun 2026 04:37see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri