Avropa selə hazırlaşmalıdır XƏBƏRDARLIQ | Icma.az
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. 2024-cü il Avropada qeydə alınan ən isti il oldu.
Avropa İttifaqının iqlim xidməti "Copenicus"-un hesabatına görə, bu, sonuncu olmayacaq.
Ekspertlər deyirlər ki, Avropa şəhərləri iqlim dəyişikliyinə qarşı tədbirləri artırmalıdır.
"Cebheinfo.az" xəbər verir ki, “Avropanın İqlim Hesabatı 2024” heç bir qitənin Avropa qədər sürətlə istiləşmədiyini ortaya qoyub.
Bu gün açıqlanan hesabata görə, ötən il temperatur həddi dəfələrlə keçilib və mənfi rekordlar qırılıb.
Avropa Komissiyasının "Copernicus" İqlim Dəyişikliyi Xidməti (C3S) və Ümumdünya Meteorologiya Təşkilatından (WMO) 100-ə yaxın elm adamının hazırladığı hesabata görə, sənaye inqilabından bu yana dünya orta hesabla 1,3 dərəcə istiləşərkən, Avropada bu, 2,4 dərəcə olaraq təsbit edilib.
Keçən il temperaturun normadan aşağı olduğu İslandiya istisna olmaqla, bütün Avropada orta səviyyədən yüksək temperatur qeydə alınıb.
Hesabatın müəllifi olan komandanın alimi Samantha Burgess "Dənizdə temperatur qeyri-adi dərəcədə yüksək olub.
Tam oxu
Xəbəri oxu