Avropa siyasətçilərinin ayıbı: “Prezident onlara tutarlı cavab verdi” | Icma.az
Cebheinfo saytına istinadən Icma.az xəbər verir. Prezident İlham Əliyev keçən gün Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada d
Dövlət başçısı çıxışında “Onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?!
Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın.
Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək", - deyib.
Mözvu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, əslində Azərbaycana və digər dövlətlərə yönəlik belə yanaşma heç bir halda Avropanın siyasətçilərinə başucalığı gətirmir: “Cozef Borrell kifayət qədər uzun siyasi yol keçmiş, təcrübəli bir avropalı deputatdır.
Çox təəssüflər olsun ki, belə siyasi təcrübəyə malik şəxs bu cür mövqe sərgiləyir.
Bu, əslində onun özünün daxilində bir irqçiliyin, ümumilikdə xristian təəssübkeşliyinin olmasından və bütün digər dünya kəsiminə yuxarıdan aşağıya baxmasından xəbər verir.
Bunun özü böyük naqislikdir. Təəssüf ki, bu cür naqis adamlar uzun müddət Avropa siyasətində önəmli rola sahib olublar.
Tam oxu
Xəbəri oxu