Icma.az
close
up
RU
Avropa siyasətçilərinin ayıbı: “Prezident onlara tutarlı cavab verdi”

Avropa siyasətçilərinin ayıbı: “Prezident onlara tutarlı cavab verdi”

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyev keçən gün Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı avropalı diplomat Cozef Borrellin Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırmasını ciddi şəkildə tənqid edib. 

Dövlət başçısı çıxışında “Onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək", - deyib. 

Mözvu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, əslində Azərbaycana və digər dövlətlərə yönəlik belə yanaşma heç bir halda Avropanın siyasətçilərinə başucalığı gətirmir: 

“Cozef Borrell kifayət qədər uzun siyasi yol keçmiş, təcrübəli bir avropalı deputatdır. Çox təəssüflər olsun ki, belə siyasi təcrübəyə malik şəxs bu cür mövqe sərgiləyir. Bu, əslində onun özünün daxilində bir irqçiliyin, ümumilikdə xristian təəssübkeşliyinin olmasından və bütün digər dünya kəsiminə yuxarıdan aşağıya baxmasından xəbər verir. Bunun özü böyük naqislikdir. 

Təəssüf ki, bu cür naqis adamlar uzun müddət Avropa siyasətində önəmli rola sahib olublar. Onun bu açıqlaması heç bir halda bir siyasətçiyə yaraşmır. Borrellin yaşı ilə bağlı heç nə demək istəmrəm. Ola bilər ki, onun yaşının çoxluğu da müəyyən qədər bu cür absurd açıqlama verməsinə səbəb olub. Amma yenə də hesab etmirəm ki, bu, yaşla əlaqədardır. Biz həmişə görmüşük ki, bu adamlar Azərbaycana yönəlik münasibətdə yanlış və ədalətsiz mövqe tutublar”. 

Arzuxan Əlizadənin sözlərinə görə, avropalı siyasətçilər yalnız öz şəxsi və siyasi maraqları, bəzi hallarda isə təmsil etdikləri dövlətlərin maraqları prizmalarından çıxış edərək digər dövlətlərə yuxarıdan aşağı baxıblar: “İşğalçıya dəstək verməklə faktiki olaraq bütün beynəlxalq hüququ norma və prinsiplərini ayaq altına atıblar. Növbəti dəfə onun bu cür açıqlama verməsi təbii ki, ümumilikdə bu adamların daxili aləmindən xəbər verir.

Təbii ki, Azərbaycan Prezidenti tutarlı bir cavab verdi. Elə bu cavab əslində onlara bəsidir. Amma istənilən halda bizə yuxarıdan aşağı baxana biz ümumiyyətlə, diqqət etmirik. Bu cür adamlarla bağlı Azərbaycanda “karvanın keçməsi” ilə bağlı atalar misalı var”. 

Deputat Azərbaycan Prezidentinin çıxışını xatırladıb:

“Prezident bildirdi ki, kiçik ada dövlətlərinə hər zaman dəstək olunub və bundan sonra da olunacaq. Azərbaycan uzun müddərdir ki, Qoşulmama Hərəkatının üzvüdür. 2019-cu ildən etibarən 4 il müddətinə bu hərəkata rəhbərlik etdi. 

Qoşulmama Hərəkatında 120-dən artıq dövlət təmsil olunur. Azərbaycanın sədrliyi dönəmində bu təşkilatın çox ciddi uğurları oldu. Azərbaycanın orada təmsil olunan ada dövlətlərinə, inkişaf etməkdə olan dövlətlərə öz dəstəyini nümayiş etdirdi. Burada həm siyasi dəstək, həm də bir çox sahələrdə humanitar dəstək verildi. Bu elə bir dövrə təsadüf etdi ki, pandemiya dönəmi idi.

O zaman Azərbaycan lazımi diqqət yetirilməyən dövlətlərə öz imkanları hesabına yardım etdi. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik dönəmində də, indiki dönəmdə də kiçik ada dövlətlərinə dəstəyini əsirgəmir. Bundan sonra da onlara dəstək olunacaq. Bu, ədalət naminə edilən dəstəkdir. Bu, inkişaf etməkdə onlara ölkələrə digər dövlətlərin verdiyi töhfə kimi qəbul edilməlidir ki, bunu da Azərbaycan Prezidenti kifayət qədər açıq formada bəyan etdi”. 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Noyabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri