Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün - 21 fevral tarixində Yaponiyanın sayca 126-cı imperatoru, Əlahəzrət İmperator Naruhitonun ad gününə həsr olunmuş ziyafət tədbiri keçirilib.
Bizimyol.info xəbər verir ki, Bakıda Yaponiyanın sayca 126-cı imperatoru, Əlahəzrət İmperator Naruhitonun ad gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.
Ad günü münasibətilə keçirilən tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Vatanabe Katsuya və Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov rəsmi çıxış edib.
Rəsmi nümayəndələr iki ölkə arasında inkişaf edən əlaqələr və uzun illər davam edən dostluq münasibətləri haqqında fikirlərini bölüşüb.
Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Vatanabe Katsuya ziyafət tədbiri öncəsi mediaya müsahibə verib.
Jurnalistlərin suallarını cavablandıran səfir, Azərbaycanın Yaponiya üçün önəmli tərəfdaş ölkə olduğunu qeyd edib.