Icma.az
close
up
RU
Avropa və Asiyanın mərkəzində yerləşən Azərbaycan, Yaponiya üçün önəmli geosiyasi tərəfdaşdır

Avropa və Asiyanın mərkəzində yerləşən Azərbaycan, Yaponiya üçün önəmli geosiyasi tərəfdaşdır

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün - 21 fevral tarixində Yaponiyanın sayca 126-cı imperatoru, Əlahəzrət İmperator Naruhitonun ad gününə həsr olunmuş ziyafət tədbiri keçirilib.

Bizimyol.info xəbər verir ki, Bakıda Yaponiyanın sayca 126-cı imperatoru, Əlahəzrət İmperator Naruhitonun ad gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Ad günü münasibətilə keçirilən tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Vatanabe Katsuya və Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov rəsmi çıxış edib. Rəsmi nümayəndələr iki ölkə arasında inkişaf edən əlaqələr və uzun illər davam edən dostluq münasibətləri haqqında fikirlərini bölüşüb.

Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Vatanabe Katsuya ziyafət tədbiri öncəsi mediaya müsahibə verib. Jurnalistlərin suallarını cavablandıran səfir, Azərbaycanın Yaponiya üçün önəmli tərəfdaş ölkə olduğunu qeyd edib.

"Azərbaycanla Yaponiya arasında uzun illərdir müxtəlif sahələr üzrə əlaqələr yüksək səviyyədə inkişaf edib və hər iki ölkə bu tərəfdaşlığın davam etdirilməsində maraqlıdır"-deyən səfir Vatanabe Katsuya, Azərbaycanın geosiyasi mövqeyinin Yaponiya üçün önəmli olduğunu bildirib.

"Yaponiya və yaponlar Azərbaycanda çox sevilir. Bu münasibət bizi çox sevindirir"-deyə səfir qeyd edib.

Səfir Vatanabe Katsuya, Azərbaycanın Yaponiya ilə gələcək layihələrdə birgə tərəfdaşlığının davamlı olacağını vurğulayıb: "Avropa və Asiyanın mərkəzində yerləşən Azərbaycan Yaponiyanın gələcək üçün hədəflədiyi logistik layihələr üzrə diqqət mərkəzində olacaq".

Ötən il qlobal miqyasda böyük uğura sahib olan COP29 tədbirinin Azərbaycanda keçirilməsindən məmnunluğunu qeyd edən səfir, COP29 çərçivəsində ortaya çıxan yeni ideyaların və yaşıl dünya naminə fəaliyyətlərin yapon texnologiyasından dəstək almaqla gerçəkləşdiriləcəyini ümid edib.

Qeyd edək ki, Yaponiyanın sayca 126-cı imperatoru, Əlahəzrət İmperator Naruhito 23 fevral 1960-cı ildə anadan olub. 23 fevral 2025-ci il tarixində 65 yaşı tamam olacaq. Əlahəzrət İmperator Naruhito 1 may 2019-cu il tarixində taxta çıxıb. Hal-hazırda Əlahəzrət və Ülyahəzrətin 1 övladı var.

Orxan, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Fevral 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri