Avropada 16 klub üçün ilk “Sabah” da siyahıdadır

04.09.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır

2026/27 mövsümündə 16 klub tarixində ilk dəfə UEFA-nın avrokuboklarının əsas mərhələsində iştirak edəcək.

QOL.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir. Bu göstərici yeni formatın tətbiq olunduğu 2024/25 mövsümündə 14, ötən mövsüm isə 12 olub.

UEFA Çempionlar Liqasında ilk dəfə əsas mərhələdə oynayacaq cəmi iki klub var. Bunlar Azərbaycan çempionu “Sabah” və İtaliyanın “Komo” komandalarıdır.

Avropa Liqasında “Ararat-Armenia” (Ermənistan), “Bornmut” (İngiltərə), “Lillestrem” (Norveç), OFİ (Yunanıstan), “Sanderlend” (İngiltərə) və “Torreense” (Portuqaliya) ilk dəfə əsas mərhələdə mübarizə aparacaq.

Konfrans Liqasında isə “Orhus” (Danimarka), “Eqnatiya” (Albaniya), “İberiya” (Gürcüstan), “İnter Eskaldes” (Andorra), “Kauno Jalgiris” (Litva), “Myelbü” (İsveç), “Riqa” (Latviya) və “Sent-Trüyden” (Belçika) üçün bu, ilk olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью