Avropada 16 klub üçün ilk “Sabah” da siyahıdadır
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2026/27 mövsümündə 16 klub tarixində ilk dəfə UEFA-nın avrokuboklarının əsas mərhələsində iştirak edəcək.
QOL.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir. Bu göstərici yeni formatın tətbiq olunduğu 2024/25 mövsümündə 14, ötən mövsüm isə 12 olub.
UEFA Çempionlar Liqasında ilk dəfə əsas mərhələdə oynayacaq cəmi iki klub var. Bunlar Azərbaycan çempionu “Sabah” və İtaliyanın “Komo” komandalarıdır.
Avropa Liqasında “Ararat-Armenia” (Ermənistan), “Bornmut” (İngiltərə), “Lillestrem” (Norveç), OFİ (Yunanıstan), “Sanderlend” (İngiltərə) və “Torreense” (Portuqaliya) ilk dəfə əsas mərhələdə mübarizə aparacaq.
Konfrans Liqasında isə “Orhus” (Danimarka), “Eqnatiya” (Albaniya), “İberiya” (Gürcüstan), “İnter Eskaldes” (Andorra), “Kauno Jalgiris” (Litva), “Myelbü” (İsveç), “Riqa” (Latviya) və “Sent-Trüyden” (Belçika) üçün bu, ilk olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 04 Sentyabr 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















