Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa ölkələri yenidən enerji böhranı ilə üzləşiblər.
“Cebheinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, Yaxın Şərqdə ABŞ-İsrail ilə İran arasında müharibənin şiddətləndiyi bir zamanda Avropa ölkələri enerji böhranı ilə üz-üzə qalıb.
İranın Körfəz ölkələrindəki neft-qaz obyektlərinə hücumları nəticəsində neft-qazın təchizatı və daşınması dayanıb. Bu da qlobal bazarda enerji qiymətlərinə öz təsirini göstərib.
Neftin qiymətləri daha da bahalaşmağa doğru gedir. Avropa ölkələrinin Körfəz ölkələrindən enerji cəhətdən asıllığı az olmasına baxmayaraq, (ABŞ və Norveçdən daha çox təbii qaz idxal olunur) qiymətlərin artması onların iqtisadiyyatına mənfi təsir göstərir.
Qeyd edək ki, “New York Times” qəzetinin araşdırmasına görə, Niderland 2024-cü ildə Avropanın enerji idxalında 105 milyard dollarla liderlik edib, Fransa 73 milyard dollar və Almaniya 66 milyard dollarla ikinci və üçüncü yerdə gəlir.
Böyük Britaniya və İspaniya müvafiq olaraq 62 milyard və 53 milyard dollarlıq civarında neft-qaz idxal edib. İtaliya isə enerji ticarətində 50 milyard dollarda qərarlaşıb. Belçika və Polşanın 2024-cü ildə idxal rəqəmləri 47 milyard və 28 milyard dollara çatıb.
Avropa ölkələri arasında ən çox Yunanıstan enerji cəhətdən Körfəz ölkələrindən asılıdır və bütün enerji idxalı 36 % təşkil edib. Litva 32 %, Polşa 30 %, Serbiya 29 %, Bolqarıstan və Sloveniya isə 23 % Körfəz ölkələrindən neft-qaz idxal edib.
İtaliya 22 % ilə Avropanın əsas iqtisadi gücə malik olan ölkələr arasında ən böyük paya sahib olub. Fransanın asılılığı 18 %, Böyük Britaniya 11 % və Almaniya 7 % təşkil edib.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin