Icma.az
close
up
RU
Avropada enerji böhranı dərinləşir

Avropada enerji böhranı dərinləşir

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa ölkələri yenidən enerji böhranı ilə üzləşiblər.

“Cebheinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, Yaxın Şərqdə ABŞ-İsrail ilə İran arasında müharibənin şiddətləndiyi bir zamanda Avropa ölkələri enerji böhranı ilə üz-üzə qalıb. 

İranın Körfəz ölkələrindəki neft-qaz obyektlərinə hücumları nəticəsində neft-qazın təchizatı və daşınması dayanıb. Bu da qlobal bazarda enerji qiymətlərinə öz təsirini göstərib. 

Neftin qiymətləri daha da bahalaşmağa doğru gedir. Avropa ölkələrinin Körfəz ölkələrindən enerji cəhətdən asıllığı az olmasına baxmayaraq, (ABŞ və Norveçdən daha çox təbii qaz idxal olunur) qiymətlərin artması onların iqtisadiyyatına mənfi təsir göstərir. 

Qeyd edək ki, “New York Times” qəzetinin araşdırmasına görə, Niderland 2024-cü ildə Avropanın enerji idxalında 105 milyard dollarla liderlik edib, Fransa 73 milyard dollar və Almaniya 66 milyard dollarla ikinci və üçüncü yerdə gəlir.

Böyük Britaniya və İspaniya müvafiq olaraq 62 milyard və 53 milyard dollarlıq civarında neft-qaz idxal edib. İtaliya isə enerji ticarətində 50 milyard dollarda qərarlaşıb. Belçika və Polşanın  2024-cü ildə idxal rəqəmləri 47 milyard və 28 milyard dollara çatıb. 

Avropa ölkələri arasında ən çox Yunanıstan enerji cəhətdən Körfəz ölkələrindən asılıdır və bütün enerji idxalı 36 % təşkil edib. Litva 32 %, Polşa 30 %, Serbiya 29 %, Bolqarıstan və Sloveniya isə 23 % Körfəz ölkələrindən neft-qaz idxal edib. 

İtaliya 22 % ilə Avropanın əsas iqtisadi gücə malik olan ölkələr arasında ən böyük paya sahib olub. Fransanın asılılığı 18 %, Böyük Britaniya 11 % və Almaniya 7 % təşkil edib. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Mart 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see483

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see363

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see324

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see295

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see267

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see264

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see261

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see217

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see213

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see213

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see212

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see210

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see208

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see208

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see205

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see198

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see179

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri