Avropada təyyarələr havada qaldı Üç sərnişin təyyarəsi təcili endirildi

05.11.2026

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Bu gün üç sərnişin təyyarəsi təhlükəsizlik səbəbindən Bolqarıstana təcili eniş etməli olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, Madriddən Kopenhagenə uçan iki təyyarə Sofiya hava limanına enib. Londondan havaya qalxan digər bir sərnişin təyyarəsi isə Plovdiv hava limanında eniş edib.

Hər üç təyyarənin marşrutunu dəyişərək Bolqarıstana enməsi təhlükəsizlik səbəbləri ilə əlaqələndirilib.

Qeyd edək ki, bundan əvvəl Dublindən Romaya uçan sərnişin təyyarəsi bomba xəbərdarlığı alıb. Təyyarə Fransadakı aviabazaya enməyə məcbur olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью