Avropada təyyarələr havada qaldı Üç sərnişin təyyarəsi təcili endirildi
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Bu gün üç sərnişin təyyarəsi təhlükəsizlik səbəbindən Bolqarıstana təcili eniş etməli olub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, Madriddən Kopenhagenə uçan iki təyyarə Sofiya hava limanına enib. Londondan havaya qalxan digər bir sərnişin təyyarəsi isə Plovdiv hava limanında eniş edib.
Hər üç təyyarənin marşrutunu dəyişərək Bolqarıstana enməsi təhlükəsizlik səbəbləri ilə əlaqələndirilib.
Qeyd edək ki, bundan əvvəl Dublindən Romaya uçan sərnişin təyyarəsi bomba xəbərdarlığı alıb. Təyyarə Fransadakı aviabazaya enməyə məcbur olub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:Avropada bomba həyəcanı: dörd sərnişin təyyarəsi yoxlanıldı
03 Noyabr 2026 17:29
Avropada sərnişin təyyarəsi idarəetməni itirərək uçuş enmə zolağından çıxıb
03 Sentyabr 2026 08:20
Avropada aviareyslərdə bomba təhlükəsi: təyyarələr yoxlanılır
05 Noyabr 2026 14:47
Avropada sərnişin təyyarələri kütləvi şəkildə təcili eniş edir Partlayış təhdidlər
05 Noyabr 2026 18:39
Sərnişin təyyarəsi havada tüstüləndi
30 Sentyabr 2025 23:55
Baxış sayı:128
Bu xəbər 05 Noyabr 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















