Avropada Trampın çılpaq heykəli qoyuldu

07.10.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Avropa Parlamentinin Strasburqdakı binasında ABŞ Prezidenti Donald Trampı çılpaq və qızılı rəngdə təsvir edən satirik heykəl nümayiş etdirilib.

Modern.az xəbər verir ki, danimarkalı rəssam Yens Qalşiötün müəllifi olduğu əsər “Orange Plague” (“Narıncı bəla”) adlanır. Heykəl həmçinin “King of Injustice” (“Ədalətsizliyin kralı”) adı ilə təqdim olunur.

Təxminən 2,5 metr hündürlüyündə olan kompozisiyada Donald Tramp çılpaq şəkildə bir kişinin çiyinlərində oturub və əlində uzun qolf çubuğu ilə təsvir edilib. Əsər misdən hazırlanıb və 23 karatlıq qızıl təbəqə ilə örtülüb. Müəllifin sözlərinə görə, əsər Trampın siyasətinə, xüsusilə iqlim dəyişikliyi ilə mübarizəyə münasibətinə və beynəlxalq münasibətlərdə gücdən istifadə formasına satirik yanaşmadır.

Heykəlin Avropa Parlamentində nümayişi danimarkalı deputat Per Klaussenin təşəbbüsü ilə təşkil olunub. Sərginin oktyabrın 8-dək davam edəcəyi bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью