Avropada Trampın çılpaq heykəli qoyuldu
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Avropa Parlamentinin Strasburqdakı binasında ABŞ Prezidenti Donald Trampı çılpaq və qızılı rəngdə təsvir edən satirik heykəl nümayiş etdirilib.
Modern.az xəbər verir ki, danimarkalı rəssam Yens Qalşiötün müəllifi olduğu əsər “Orange Plague” (“Narıncı bəla”) adlanır. Heykəl həmçinin “King of Injustice” (“Ədalətsizliyin kralı”) adı ilə təqdim olunur.
Təxminən 2,5 metr hündürlüyündə olan kompozisiyada Donald Tramp çılpaq şəkildə bir kişinin çiyinlərində oturub və əlində uzun qolf çubuğu ilə təsvir edilib. Əsər misdən hazırlanıb və 23 karatlıq qızıl təbəqə ilə örtülüb. Müəllifin sözlərinə görə, əsər Trampın siyasətinə, xüsusilə iqlim dəyişikliyi ilə mübarizəyə münasibətinə və beynəlxalq münasibətlərdə gücdən istifadə formasına satirik yanaşmadır.
Heykəlin Avropa Parlamentində nümayişi danimarkalı deputat Per Klaussenin təşəbbüsü ilə təşkil olunub. Sərginin oktyabrın 8-dək davam edəcəyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 07 Oktyabr 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















