Avropada Ukraynaya inam sarsılır

15.09.2026

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kiyev gündə 190 milyon dollar xərcləyir, daha 27 milyard avro istəyir

Ukraynanın müharibə xərclərinin kəskin artması Avropada narahatlıq yaradıb. Ali Radanın Büdcə Komitəsinin rəhbəri Roksolana Pidlasa bildirib ki, ölkə hazırda müharibəyə gündə təxminən 190 milyon dollar xərcləyir.

Sherg.az xəbəbər verir ki, məlumata görə, 2026-cı ilin ilk səkkiz ayında Ukraynanın hərbi xərcləri 42 milyard dollara çatıb. Ölkə bunun 39 milyard dollarını daxili mənbələr hesabına təmin edə bilib və nəticədə 3 milyard dollarlıq maliyyə boşluğu yaranıb.

Kiyev bununla yanaşı, Qərbdən əlavə 27 milyard avro maliyyə yardımı istəyib. “The New York Times” yazır ki, Avropa rəsmiləri bu tələbin miqyasından təəccüblənib və yeni vəsait ayrılmazdan əvvəl Ukraynanın əvvəlki yardımları necə xərclədiyinin araşdırılmasını tələb edir.

Məqalədə qeyd olunur ki, Avropa İttifaqının Ukraynaya ayırdığı böyük kredit paketləri fonunda Kiyevdə korrupsiya və büdcə xərclərinin səmərəliliyi ilə bağlı suallar da artır.

Ukraynanın maliyyə naziri Sergey Marçenko isə qarşıdakı qışın ölkə üçün “çox çətin” olacağını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью