Avropada Ukraynaya inam sarsılır
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukraynanın müharibə xərclərinin kəskin artması Avropada narahatlıq yaradıb. Ali Radanın Büdcə Komitəsinin rəhbəri Roksolana Pidlasa bildirib ki, ölkə hazırda müharibəyə gündə təxminən 190 milyon dollar xərcləyir.
Sherg.az xəbəbər verir ki, məlumata görə, 2026-cı ilin ilk səkkiz ayında Ukraynanın hərbi xərcləri 42 milyard dollara çatıb. Ölkə bunun 39 milyard dollarını daxili mənbələr hesabına təmin edə bilib və nəticədə 3 milyard dollarlıq maliyyə boşluğu yaranıb.
Kiyev bununla yanaşı, Qərbdən əlavə 27 milyard avro maliyyə yardımı istəyib. “The New York Times” yazır ki, Avropa rəsmiləri bu tələbin miqyasından təəccüblənib və yeni vəsait ayrılmazdan əvvəl Ukraynanın əvvəlki yardımları necə xərclədiyinin araşdırılmasını tələb edir.
Məqalədə qeyd olunur ki, Avropa İttifaqının Ukraynaya ayırdığı böyük kredit paketləri fonunda Kiyevdə korrupsiya və büdcə xərclərinin səmərəliliyi ilə bağlı suallar da artır.
Ukraynanın maliyyə naziri Sergey Marçenko isə qarşıdakı qışın ölkə üçün “çox çətin” olacağını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 15 Sentyabr 2026 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















