“Avropadakı parçalanmadan Putin əlverişli şərtlər əldə edə bilər“ “Bloomberg“ | Icma.az
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
"Moskva Ukrayna üçün uğursuz zamanda Avropada müttəfiqlər əldə edir..." Avropada siyasi balansın dəyişməsi Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibənin yekunlaşması ilə bağlı mümkün danışıqlarda mövqeyini gücləndirə bilər.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
Xüsusilə qeyd olunur ki, Mərkəzi və Şərqi Avropadakı liderlər artıq Ukraynanı Rusiyaya qarşı dəstəkləyən vahid "cəbhədən" uzaqlaşmağa başlayır.
Bundan əlavə, Slovakiya, Avstriya, Bolqarıstan və Xorvatiya Rusiyaya qarşı sanksiyaları və Ukraynaya hərbi yardımı şübhə altına alır.
Rumıniyada prezidentliyə əsas namizəd olan radikal sağçı siyasətçi isə Ukraynanı "uydurulmuş dövlət" adlandırıb və deyib ki, bu ölkə "müharibə uduzulduğu üçün" parçalanacaq.
"Almaniyada da əsas partiyalar tərəfindən Rusiya tərəfdarı olan "Almaniya üçün Alternativ" partiyası ilə əməkdaşlığa qarşı qoyulan "firewall" adlandırılan maneə miqrasiya siyasəti üzündən gələn ay keçiriləcək seçkilər öncəsi pozulub, burada isə həmin sağçı partiya ikinci yerdədir", - "Bloomberg" əlavə edib.
Məqalədə qeyd edilir ki, Moskva Avropadakı fikir ayrılıqlarını gücləndirərək ABŞ prezidenti Donald Trampın təzyiqlərinə tab gətirə biləcəyini düşünə bilər, Tramp isə "razılaşma" olmayacağı təqdirdə Rusiyaya qarşı sanksiyaları gücləndirməklə hədələyib.
Tam oxu
Xəbəri oxu