Icma.az
close
up
RU
“Avropadakı parçalanmadan Putin əlverişli şərtlər əldə edə bilər“ “Bloomberg“

“Avropadakı parçalanmadan Putin əlverişli şərtlər əldə edə bilər“ “Bloomberg“

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Moskva Ukrayna üçün uğursuz zamanda Avropada müttəfiqlər əldə edir..."

Avropada siyasi balansın dəyişməsi Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibənin yekunlaşması ilə bağlı mümkün danışıqlarda mövqeyini gücləndirə bilər.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.

Xüsusilə qeyd olunur ki, Mərkəzi və Şərqi Avropadakı liderlər artıq Ukraynanı Rusiyaya qarşı dəstəkləyən vahid "cəbhədən" uzaqlaşmağa başlayır.

Bundan əlavə, Slovakiya, Avstriya, Bolqarıstan və Xorvatiya Rusiyaya qarşı sanksiyaları və Ukraynaya hərbi yardımı şübhə altına alır. Rumıniyada prezidentliyə əsas namizəd olan radikal sağçı siyasətçi isə Ukraynanı "uydurulmuş dövlət" adlandırıb və deyib ki, bu ölkə "müharibə uduzulduğu üçün" parçalanacaq.

"Almaniyada da əsas partiyalar tərəfindən Rusiya tərəfdarı olan "Almaniya üçün Alternativ" partiyası ilə əməkdaşlığa qarşı qoyulan "firewall" adlandırılan maneə miqrasiya siyasəti üzündən gələn ay keçiriləcək seçkilər öncəsi pozulub, burada isə həmin sağçı partiya ikinci yerdədir", -  "Bloomberg" əlavə edib.

Məqalədə qeyd edilir ki, Moskva Avropadakı fikir ayrılıqlarını gücləndirərək ABŞ prezidenti Donald Trampın təzyiqlərinə tab gətirə biləcəyini düşünə bilər, Tramp isə "razılaşma" olmayacağı təqdirdə Rusiyaya qarşı sanksiyaları gücləndirməklə hədələyib. Bütün bunlar Putinə "Trampın diqqətini Kiyevə yönəltmək" və Rusiya üçün "daha əlverişli şərtlərlə" razılaşma əldə etmək imkanı verə bilər.

Məqalədə vurğulanır ki, Avropanın kritik bir məqamda parçalanması Putinə müharibəni döyüş meydanında "nizamlamaya" çalışmaq üçün "siyasi bir nəfəs" verə bilər. "Bloomberg" nəşri daha öncə yazıb ki, Putin Ukrayna üçün uğursuz vaxtda Avropada müttəfiqlər tapır.

Qeyd edilib ki, Slovakiya, Avstriya, Xorvatiya və Macarıstan kimi ölkələrdə millətçi meyillərin artması Ukraynaya dəstəyi şübhə altına qoyur. Bu ölkələrin liderləri Avropa İttifaqı və NATO ilə birliyi pozur və Putinə əlverişli müttəfiqlər təklif edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Fevral 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri