“Avropadan Azərbaycana investisiya marağı gözlənilən səviyyədə deyil” | Icma.az
Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Euronews”un təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” tədbirində Prezident İlham Əliyev investorların suallarını özünə məxsus peşəkarlıqla cavablandırdı.Prezident ölkənin əsas iqtisadi prioritetlərini, enerji sektoru, ixrac potensialını, süni intellektlə bağlı hədəfləri, mədən sənayesini, Azərbaycanın təhlükəsiz tranzit və bağlantıda rolunu, “Tramp marşrutu”nu, eləcə də Ermənistanla yolların açılması məsələsini strateji rakurslardan təqdim etdi”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, deyib ki, lakin bu görüşdə geniş ictimaiyyət üçün xüsusi əhəmiyyət daşıyan bir anons və bir kəskin vurğu daha çox diqqətimi cəlb etdi: “Anons ABŞ ilə yeni mərhələ mesajı idi.
Prezident İlham Əliyev bildirdi ki, Prezident Tramp ilə imzalanmış strateji tərəfdaşlıq sənədi əsasında hazırlanan xartiya demək olar ki, yekunlaşır və ümid edirəm ki, bu proses növbəti ay baş tutacaq.
Bu sənəddən sonra ABŞ ilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da intensivləşəcəyi anons edildi.
İkincisi isə kəskin vurğu idi. Prezident açıq şəkildə qeyd etdi ki, Avropadan Azərbaycana investisiya marağı gözlənilən səviyyədə deyil.
Əsas tərəfdaşlar hazırda daha çox Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Çin, Böyük Britaniya və ABŞ şirkətləridir.
Tam oxu
Xəbəri oxu