“Avropadan Azərbaycana investisiya marağı gözlənilən səviyyədə deyil”
Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Euronews”un təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” tədbirində Prezident İlham Əliyev investorların suallarını özünə məxsus peşəkarlıqla cavablandırdı.Prezident ölkənin əsas iqtisadi prioritetlərini, enerji sektoru, ixrac potensialını, süni intellektlə bağlı hədəfləri, mədən sənayesini, Azərbaycanın təhlükəsiz tranzit və bağlantıda rolunu, “Tramp marşrutu”nu, eləcə də Ermənistanla yolların açılması məsələsini strateji rakurslardan təqdim etdi”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, deyib ki, lakin bu görüşdə geniş ictimaiyyət üçün xüsusi əhəmiyyət daşıyan bir anons və bir kəskin vurğu daha çox diqqətimi cəlb etdi:
“Anons ABŞ ilə yeni mərhələ mesajı idi. Prezident İlham Əliyev bildirdi ki, Prezident Tramp ilə imzalanmış strateji tərəfdaşlıq sənədi əsasında hazırlanan xartiya demək olar ki, yekunlaşır və ümid edirəm ki, bu proses növbəti ay baş tutacaq. Bu sənəddən sonra ABŞ ilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da intensivləşəcəyi anons edildi. İkincisi isə kəskin vurğu idi. Prezident açıq şəkildə qeyd etdi ki, Avropadan Azərbaycana investisiya marağı gözlənilən səviyyədə deyil. Əsas tərəfdaşlar hazırda daha çox Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Çin, Böyük Britaniya və ABŞ şirkətləridir. Əslində son mesaj Avropa investorları üçün gecikmədən qərar vermək çağırışı idi. Yəni, baxın, məsləhət sizindir, onsuz da Azərbaycan artıq alternativ tərəfdaşlarla irəliləyir”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 21 Yanvar 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















