Avropadan Trampa gözlənilməyən dəstək Qrenlandiya ABŞ nindir | Icma.az
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarəti ələ keçirmək planına Avropadan gözlənilməz dəstək gəlib.
Çexiya Baş naziri Andrej Babis Trampın irəli sürdüyü arqumentlərin "haqlı" olduğunu bildirərək, digər Avropa ölkələrinin Qrenlandiyaya dəstək bəyanatlarının "heç bir məna kəsb etmədiyini" vurğulayıb.
Milli.Az xəbər verir ki, paytaxt Praqada keçirilən kabinet iclasından sonra mətbuat konfransı təşkil edən Babis Çexiyanın digər 8 Avropa ölkəsinin Qrenlandiya ilə bağlı ortaq bəyanatına niyə qoşulmadığını izah edib.
Babis bildirib ki, NATO daxilində lider dövlət ABŞ-dir və bu cür qarşıdurmalar əks-təsir yaradır.
Baş nazir Trampın Qrenlandiya məsələsində Rusiya və Çinin bölgədəki fəaliyyətlərinə dair arqumentlərini "yerində" olduğunu qeyd edib.
Çexiyanın "Novinky" xəbər saytının "Babis: Çexiya Qrenlandiyanı müdafiə edə bilməz" başlığı ilə çıxış etməsi Baş naziri qəzəbləndirib.
O, "X" (Twitter) hesabında medianı "manipulyasiya"da ittiham edərək bunları yazıb: "Biz quru bəyanatları deyil, dialoqu müdafiə edəcəyik.
Tam oxu
Xəbəri oxu