Avropadan Trampa gözlənilməyən dəstək Qrenlandiya ABŞ nindir
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarəti ələ keçirmək planına Avropadan gözlənilməz dəstək gəlib. Çexiya Baş naziri Andrej Babis Trampın irəli sürdüyü arqumentlərin "haqlı" olduğunu bildirərək, digər Avropa ölkələrinin Qrenlandiyaya dəstək bəyanatlarının "heç bir məna kəsb etmədiyini" vurğulayıb.
Milli.Az xəbər verir ki, paytaxt Praqada keçirilən kabinet iclasından sonra mətbuat konfransı təşkil edən Babis Çexiyanın digər 8 Avropa ölkəsinin Qrenlandiya ilə bağlı ortaq bəyanatına niyə qoşulmadığını izah edib.
Babis bildirib ki, NATO daxilində lider dövlət ABŞ-dir və bu cür qarşıdurmalar əks-təsir yaradır.
Baş nazir Trampın Qrenlandiya məsələsində Rusiya və Çinin bölgədəki fəaliyyətlərinə dair arqumentlərini "yerində" olduğunu qeyd edib.
Çexiyanın "Novinky" xəbər saytının "Babis: Çexiya Qrenlandiyanı müdafiə edə bilməz" başlığı ilə çıxış etməsi Baş naziri qəzəbləndirib. O, "X" (Twitter) hesabında medianı "manipulyasiya"da ittiham edərək bunları yazıb:
"Biz quru bəyanatları deyil, dialoqu müdafiə edəcəyik. Xarici siyasət sosial mediada kimin daha sərt söz deməsi ilə deyil, diplomatiya ilə bağlıdır."
Xatırladaq ki, Donald Tramp Qrenlandiyanın ABŞ-nin milli təhlükəsizliyi və qurulmaqda olan "Qızıl Qübbə" müdafiə sistemi üçün həyati önəm daşıdığını iddia edir. Tramp adanın satılmasına qarşı çıxan və oraya hərbi dəstək verən 8 Avropa ölkəsini (Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, İngiltərə, Hollandiya və Finlandiya) gömrük rüsumları ilə hədələyib:
1 fevral 2026: 10% gömrük vergisi.
1 iyun 2026: Vergi dərəcəsinin 25%-ə qaldırılması.
Danimarka Krallığına bağlı muxtar bölgə olan Qrenlandiya ABŞ-nin suverenliyin ötürülməsi ilə bağlı bütün təkliflərini qətiyyətlə rədd edib. Buna cavab olaraq Danimarka müttefiqləri ilə bölgədə hərbi əməkdaşlığı artıracağını və əraziyə zabit heyəti göndərəcəyini açıqlayıb.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 20 Yanvar 2026 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















