Avropalılar Tesla alışını azaldır Müqayisə

25.03.2025

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin elektrikli avtomobil istehsalı sahəsində ixtisaslaşan "Tesla" şirkətinin avtomobillərinə Avropa bazarında tələb azalır. 


Sfera.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Tesla"nın Avropadakı bazar payı fevralda illik müqayisədə bir qədər də azalıb. 


Çərşənbə axşamı günü yayımlanan məlumatlara görə, Avropada elektrikli nəqliyyat vasitələrinin ümumi sayının artmasına baxmayaraq, "Tesla"nın satışları ikinci ayda da azalıb.

Avropa Avtomobil İstehsalçıları Birliyindən (ACEA) verilən  məlumatlara görə, "Tesla"nın satışlarında azalma 42,6 faiz olub. 


Fevralda "Tesla" Avropada 17 mindən az avtomobil sata bilib. Halbuki, şirkət 2024-cü ilin fevralında 28 mindən çox avtomobil satmışdı.


Vasif
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью