Avropalılar Tesla alışını azaldır Müqayisə
Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin elektrikli avtomobil istehsalı sahəsində ixtisaslaşan "Tesla" şirkətinin avtomobillərinə Avropa bazarında tələb azalır.
Sfera.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Tesla"nın Avropadakı bazar payı fevralda illik müqayisədə bir qədər də azalıb.
Çərşənbə axşamı günü yayımlanan məlumatlara görə, Avropada elektrikli nəqliyyat vasitələrinin ümumi sayının artmasına baxmayaraq, "Tesla"nın satışları ikinci ayda da azalıb.
Avropa Avtomobil İstehsalçıları Birliyindən (ACEA) verilən məlumatlara görə, "Tesla"nın satışlarında azalma 42,6 faiz olub.
Fevralda "Tesla" Avropada 17 mindən az avtomobil sata bilib. Halbuki, şirkət 2024-cü ilin fevralında 28 mindən çox avtomobil satmışdı.
Vasif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 25 Mart 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















