Avropalıların Amerikaya gəlişi kiçik buz dövrünə səbəb olub Bioloq açıqladı | Icma.az
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. İnsan və ətraf mühit arasında sıx əlaqə mövcuddur.
Tez-tez təbiətin insanlardan asılı olmayaraq mövcud olduğu və inkişaf etdiyi düşünülür, lakin bu, tam olaraq belə deyil.
Qaynarinfo xəbər verir ki, Ratqers Universitetinin təkamül biologiyası üzrə mütəxəssisi Skott Trevers "Forbes" nəşrindəki məqaləsində avropalıların Amerikaya gəlişindən sonra baş verən yerli əhalinin kütləvi məhvinin - Böyük qırğının - bütün planet üçün gözlənilməz nəticələrə səbəb olduğunu qeyd edib.
Bildirilib ki, Böyük qırğın zamanı qitənin yerli əhalisinin 90 faizədək hissəsi həyatını itirib.
Bu itkilər müharibələr və ya işğallar nəticəsində deyil, çiçək xəstəliyi, qızılca və qrip kimi gözəgörünməz qatillərin təsiri ilə baş verib.
Trevers xatırladıb ki, bu tarix Orta əsrlərdən çıxan Avropadan başlayır.
Həmin dövrdə Avropa krallıqları hakimiyyət, ticarət və nüfuz uğrunda mübarizə aparırdı.
Osmanlı imperiyasının Asiyaya aparan əsas quru yollarını nəzarətdə saxlaması isə alternativ marşrutların axtarışını qaçılmaz etmişdi.
Tam oxu
Xəbəri oxu