Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır. Ukrayna ilə bağlı məsələlər, xüsusən də münaqişənin həlli ilə əlaqədar son müzakirəl
Ələlxüsus da, məhz Avropanın sanki iç üzü açılmış oldu və indi avropalıların bir növ, hesab vermək məcburiyyətində qalacaqları ilə əlaqədar
Rusiya və Ukrayna arasındakı münaqişə fonunda kimin dəstəklənəcəyi ilə bağlı fikir ayrılığı “NATO-nun ürəyinə zərbə” ola bilər Rusiya və Ukr
Hətta elə zənn edilir ki, məhz bu və digər istiqamətdə dəstəyə görə Avropa “zərbə” də ala bilər.
Bəzi siyasətçilər və politoloqlar bu məsələyə daha həssas yanaşırlar və daha kəskin şəkildə bunu izah edirlər.
Məsələn, NATO-nun Avropadakı silahlı qüvvələrinin keçmiş komandanı admiral Ceyms Stavridis deyir ki, Rusiya və Ukrayna arasındakı münaqişə fonunda kimin dəstəklənəcəyi ilə bağlı fikir ayrılığı “NATO-nun ürəyinə zərbə” ola bilər.
Onun sözlərinə görə, belə fikir ayrılığı hətta blokun mövcudluğunu belə dayandıra bilər.
Admiral açıq şəkildə xəbərdarlıq da edir və CNN telekanalının efirində bildirir ki, haqqında qeyd olunan blok yaxın zamanda Avropa ölkələrinin hərbi ittifaqına, Avropa Müqaviləsi Təşkilatına belə transformasiya da edə bilər.