Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Avropanın “hesablaşmaqla” bağlı QORXU KOMPLEKSİ TƏHLİL

Avropanın “hesablaşmaqla” bağlı QORXU KOMPLEKSİ TƏHLİL

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna ilə bağlı məsələlər, xüsusən də münaqişənin həlli ilə əlaqədar son müzakirələr bir çox həqiqətləri ortaya çıxarmış oldu. Ələlxüsus da, məhz Avropanın sanki iç üzü açılmış oldu və indi avropalıların bir növ, hesab vermək məcburiyyətində qalacaqları ilə əlaqədar kompleksi var və qorxularının da əsaslı səbəbləri mövcuddur.

Rusiya və Ukrayna arasındakı münaqişə fonunda kimin dəstəklənəcəyi ilə bağlı fikir ayrılığı “NATO-nun ürəyinə zərbə” ola bilər

Rusiya və Ukrayna arasındakı münaqişə fonunda kimin dəstəklənəcəyi ilə bağlı fikir ayrılığı avropalıları daha çox düşündürür. Hətta elə zənn edilir ki, məhz bu və digər istiqamətdə dəstəyə görə Avropa “zərbə” də ala bilər. Bəzi siyasətçilər və politoloqlar bu məsələyə daha həssas yanaşırlar və daha kəskin şəkildə bunu izah edirlər. Məsələn, NATO-nun Avropadakı silahlı qüvvələrinin keçmiş komandanı admiral Ceyms Stavridis deyir ki, Rusiya və Ukrayna arasındakı münaqişə fonunda kimin dəstəklənəcəyi ilə bağlı fikir ayrılığı “NATO-nun ürəyinə zərbə” ola bilər. Onun sözlərinə görə, belə fikir ayrılığı hətta blokun mövcudluğunu belə dayandıra bilər. Admiral açıq şəkildə xəbərdarlıq da edir və CNN telekanalının efirində bildirir ki, haqqında qeyd olunan blok yaxın zamanda Avropa ölkələrinin hərbi ittifaqına, Avropa Müqaviləsi Təşkilatına belə transformasiya da edə bilər.

“Biz yəqin ki, NATO-nun son günlərini görürük”, deyə fikirlərini, qənaətini gizlətməyən Stavridis yaranan narahatlığın da səbəblərini izah etməyə çalışıb. ABŞ Prezidenti Donald Trampın müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq tələbi ilə bağlı alyansın Avropa üzvləri arasında narahatlığının məhz Ağ Evin Ukrayna Prezidenti Vladimir Zelenski ilə mübahisəsi nəticəsində artdığını da keçmiş komandan açıq şəkildə bildirib. NATO-nun Avropadakı silahlı qüvvələrinin keçmiş komandanı admiral Ceyms Stavridis əmindir ki, hazırda NATO müttəfiqləri üçün ən çətin sual kimi dəstəkləmək lazım olması ilə bağlı sualdır. O, aydın şəkildə bəyan edir ki, Avropa liderləri ABŞ-a tərəfdaş kimi etibar edilə biləcəyini artıq şübhə altına almağa başlayıblar. Eyni zamanda məsələnin ciddiliyini də nəzərə alaraq qeyd edib ki, Avropanın müdafiə məsələlərinə bundan sonra ciddi yanaşmaq lazımdır və bu mənada da çıxış edərək, Avropa silahlı qüvvələrinə NATO-dan kənar komandanlıq strukturu yaratmaq barədə düşünmək çağırışı da edib. Deməli, artıq hesablaşmaqla bağlı Avropanın qorxu kompleksi özünü göstərir və məhz Alyansın Avropadakı silahlı qüvvələrinin keçmiş komandanının fikirləri bunu bir daha təsdiq edir.

Trampın hərbi yardımı dayandırmaqla bağlı hədəsi həqiqətən də böyük rezonans doğurub

Etiraf etmək lazımdır ki, Zelenski ilə mübahisə və Trampın Ukraynaya hərbi yardımı dayandırmaqla bağlı hədəsi həqiqətən də böyük rezonans doğurub. Məhz

Avropada yenidən hər mənada ABŞ-dan müstəqillik tələbləri səsləndirilməsi də təsadüfi deyil. Fransa prezidenti Emmanuel Makronun özünün belə ABŞ-la münasibətlərdə çox böyük qorxu kompleksi keçirdiyi artıq özünü göstərir. "Bu gün etməli olduğumuz məhz transformasiya olunan gücə çevrilməkdir, çünki biz əvvəlki deyilik. Biz bazarıq, biz dinc yerik, amma bir az amorfuq. Biz kifayət qədər qabaqcadan plan qurmuruq. Avropa risk, ambisiya və güc zövqünü yenidən kəşf etməlidir. Bu, pis söz deyil", deyə bəyan edən Fransa prezidenti bununla özünün və bütövlükdə Avropanın qorxu kompleksi keçirdiyini növbəti dəfə ifşa etmiş olub.

Əlbəttə ki, Makronun sözlərinə məhəl qoymamaq da olar. Çünki o, hər zaman belə ifadələr səsləndirir və ağlına gələni də deyir. Xatırladığımız kimi, hətta Trampın 2019-cu ildə ilk prezidentliyi dövründə “NATO-nun beyin ölümü” ifadəsi də Makrona məxsus idi. O, bu ifadəsi ilə bir növ dırnaqarası da olsa, “tarixə düşmüş” oldu. Məsələ burasındadır ki, Trampın əvvəlki dövrü ilə indikini qətiyyən müqaisə belə etmək mümkün deyil. Görünən odur ki, bu dəfə ABŞ lideri daha “qaynar” şəkildə yanaşma sərgiləyir. Elə Makron da bunu yaxşı başa düşür və əgər bundan əvvəlki dövrdə qorxu keçirirdisə, indi bu qorxu kompleksi daha ciddi şəkildə nəzərə çarpır.

Tramp və Zelenski arasındakı “çəkişmə” kollektiv Qərbin dağılmasının başlanğıcı ola bilər

Bu gün NATO-nun və bütün Avroatlantik birliyin dağılmasından yalnız Makron kimi qorxaqlar danışmırlar və belələri kifayət qədərdir. Məsələn, Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Hoisgen ABŞ vitse-prezidentinin tədbirdəki çıxışına cavab olaraq, transatlantik alyansın öldüyünü deyir və forumu da “Avropanın kabusu” adlandırır. Eyni zamanda Bloomberg nəşri də bəyan edir ki, transatlantik alyans artıq əvvəlki formada mövcud deyil. “The Washington Post” isə yazır ki, Vaşinqtonun Ukrayna münaqişəsi ilə bağlı siyasətindəki dəyişikliklər Avropa üçün “qamçı” sayılır. Sözügedən nəşr “Oval Ofisdəki dava-dalaşın” ardınca eyni zamanda qeyd edir ki, Tramp və Zelenski arasındakı çəkişmə kollektiv Qərbin dağılmasının başlanğıcı ola bilər. Bax elə bunun özü də qorxu kompleksinin olduğunun təsdiqidir.

Təbii ki, biz Qərb mediasının sevdiyi bir şeyi, mübaliğəni də müşahidə edirik. Trampın impulsivliyini, qeyri-sabitliyini və gözlənilməz addımlar atmağa meylli olduğunu bilərək, onun həm Kiyev, həm də Avropa ilə münasibətlərinin tamaşanın gedişində bir neçə dəfə dəyişəcəyini də güman etmək olar. Bununla belə, həm Zelenskidən, həm də Avropa liderlərindən Trampın nə istədiyini də çox yaxşı başa düşürük. Biz Avropa liderlərinin Ukraynanı sona qədər müdafiə etmək niyyətlərini də gördük və hətta Tramp ciddi şəkildə ondan qurtulmağa qərar versə belə bu niyyətdən əl çəkməmək fikri də əsassız deyil. Çünki həqiqətən də, Trampın son hərəkətləri “Avro-Atlantik birliyi” bir qədər sarsıda bilər və kollektiv Qərbin “memarlığının” əsaslarına da bəzi düzəlişlərə səbəb olar. Deməli, Avropanın qorxu kompleksi heç də səbəbsiz deyil.

Amerika “çətirindən” heç vaxt əl çəkmək niyyətində olmayan Avropa ölkələri üçün alternativ variant yoxdur

Heç də şübhə yoxdur ki, ABŞ və onun prezidentinin qətiyyən NATO-dan çıxmaq kimi bir fikri, niyyəti ola bilməz. Bunun ən azı iki səbəbi məlumdur. Birincisi, NATO ABŞ-ın Avropa üzərində nəzarəti üçün ən təsirli vasitədir və ağlı başında olan heç bir prezident bundan qətiyyən “əl çəkməz”. Hətta buna imkan belə verilməz və şəraitin yaranmasının da qarşısı dərhal alınar. İkincisi isə, NATO ABŞ üçün nəhəng silah bazarıdır, çünki Alyansa üzv olan ölkələr Amerika silahlarını almağa borcludurlar. Yəni NATO-dan çıxmaq həm də, yeri gəlmişkən, Donald Trampın əhəmiyyətli təsiri altında olan Amerika hərbi-sənaye kompleksi üçün nəhəng maliyyə itkiləri deməkdir. Bu baxımdan da əksini fərz etmək heç də məntiqi səslənə bilməz.

Amerika “çətirindən” heç vaxt əl çəkmək niyyətində olmayan Avropa ölkələri haqqında da eyni sözləri demək olar. Əvvəla ona görə ki, onlar üçün alternativ variant yoxdur və bu sadə həqiqəti həmin o avropalılar özləri hamıdan yaxşı bilirlər. Digər tərəfdən də, “Avropa ordusu” və buna bənzər cəfəngiyyatlar haqqında ancaq söz və bəyanatlarda nəyə isə oxşaya bilər. Bu barədə danışmaq asandır, amma reallıqda bunların ərsəyə gəlməsi böyük çətinliklər vəd edir. Çünki sözdə deyilənlər sıfırdan yaradılmalıdır və bu, çox vaxt aparan, ələlxüsus da çox baha başa gələndir. Həm də bir çox avropalı siyasətçilər sadəcə olaraq, ümid edirlər ki, Tramp nə zamansa hakimiyyətdən gedəcək və ondan sonra da hakimiyyətə guya istədikləri bir adam gələcək. Bu ümidlərin, hətta xəyalların yaranması özü də bəsit bir düşüncənin zəiflikdən, qorxu kompleksindən yarandığı qənaətinə əsas verir. Deməli, bütün reallıqlar Avropada əmələ gələn qorxu kompleksini təsdiqləyir.

Avropalılar bilirlər ki, Amerikanın “kölgəsindən” məhrum olduqları təqdirdə böyük “itgilər” verməli olarlar. Başa da düşürlər ki, ABŞ NATO-dan çıxsa, İngiltərə və Fransa təşkilata rəhbərlik edib, ondan öz imperialist məqsədləri üçün istifadə edə bilər və bunun da acı nəticələri barədə proqnozları elə afrikalılardan soruşsalar yetər. Həm də məhz “ABŞ-ın yoxluğu” fonunda “Rusiya təhlükəsi”nin nə demək olduğunu da avropalılar yaxşı başa düşürlər. Təbii ki, bunlar ancaq hipotetik mülahizələrdir. Vaşinqton NATO-dan çıxmaq və Avropanı “azad etmək” niyyətində deyil. Əksinə, indi Avropa daha böyük diqqət mərkəzindədir və avropalılar elə bunun qorxusu altındadırlar. Hətta qorxurlar ki, bu vaxta qədər olduğu kimi yox, daha bundan sonra “birlik” üçün öz “ciblərindən” ödəməli olarlar. Həm də elə Ukrayna üçün də “ödəməli” olacaqları qorxusu da var. Belə çıxır ki, Avropa “hesablaşmaq” qorxusu altındadır və qorxu kompleksi də buna görədir...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Mart 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri