Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir. Türkiyə “köhnə qitə”ni “reanimasiya”dan xilas edə bilər 2025-ci il gözlənilən kim
Ötən ilin sonundan başlayaraq yeni nizamın formalaşması istiqamətində davam edən hadisələr artıq müəyyən mənada öz məcrasını tapıb.
Bir çox ekspertlər artıq qarşıdakı dövrlə bağlı aydın proqnozlar səsləndirirlər.
Yeni zamanda yeni beynəlxalq oyunçuların siyasət səhnəsinə qədəm qoyacağını bildirən siyasi ekspertlər qlobal, ən əsası isə fundamental dəyişikliklər barədə xəbərdarlıq edirlər.
ABŞ - Rusiya münasibətlərinin inkişaf axarı, Ukraynanın çabaları, Aİ-nin dalana dirənmsəsi Qərbin indiyə əqədər apardığı siyasi xəttin uğursuzluğunu təsdiqləyir.
Amma diqqət yetirsək, Yaxın və Orta Şərqdə baş verən bəzi hadisələr müsbət nəticələrlə yekunlaşıb - məsələn, Suriya hadisələri mühüm nəticələr formalaşdırıb və bu nəticələrin ortaya çıxmasında Ankaranın təsirləri istisna edilmir.
Başqa sözlə, son aylarda siyasi proseslərin önünə keçə bilən dövlətlərdən biri məhz Türkiyədir.
Təsadüfi deyil ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik martın 3-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, İkinci Dünya müharibəsindən sonra formalaşan siyasi nizam başa çatır.