Icma.az
close
up
RU
Avropanın yaşaması üçün real şans...

Avropanın yaşaması üçün real şans...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Türkiyə “köhnə qitə”ni “reanimasiya”dan xilas edə bilər

2025-ci il gözlənilən kimi siyasi proseslərə mühüm dinamizm və rəngarənglik qazandırıb. Ötən ilin sonundan başlayaraq yeni nizamın formalaşması istiqamətində davam edən hadisələr artıq müəyyən mənada öz məcrasını tapıb. Bir çox ekspertlər artıq qarşıdakı dövrlə bağlı aydın proqnozlar səsləndirirlər. Yeni zamanda yeni beynəlxalq oyunçuların siyasət səhnəsinə qədəm qoyacağını bildirən siyasi ekspertlər qlobal, ən əsası isə fundamental dəyişikliklər barədə xəbərdarlıq edirlər. ABŞ - Rusiya münasibətlərinin inkişaf axarı, Ukraynanın çabaları, Aİ-nin dalana dirənmsəsi Qərbin indiyə əqədər apardığı siyasi xəttin uğursuzluğunu təsdiqləyir. Amma diqqət yetirsək, Yaxın və Orta Şərqdə baş verən bəzi hadisələr müsbət nəticələrlə yekunlaşıb - məsələn, Suriya hadisələri mühüm nəticələr formalaşdırıb və bu nəticələrin ortaya çıxmasında Ankaranın təsirləri istisna edilmir. Başqa sözlə, son aylarda siyasi proseslərin önünə keçə bilən dövlətlərdən biri məhz Türkiyədir. Təsadüfi deyil ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik martın 3-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, İkinci Dünya müharibəsindən sonra formalaşan siyasi nizam başa çatır. O, Trampla ukraynalı həmkarı arasında yaşanan gərginliklərə toxunaraq, artıq strateji fikir ayrılıqlarının müşahidə olunduğunu diqqətə çatdırmışdı: “ABŞ-ın yaşadığı problemlərin həlli Türkiyədədir. Aİ-nin isə siyasi dividentlərini qorumaq üçün Türkiyədən başqa yolu yoxdur”.

Avropa bütün parametrlər üzrə Türkiyəyə ehtiyac duyur...

Bəli, bu mühüm siyasi tezis artıq müəyyən bir müddətdir ki, siyasət adamları tərəfindən açıq kontekstdə təsdiqlənir. Ankaranın 2020-ci ildə baş verən 44 günlük müharibədən sonra regional lider statusunu artırdığı qəbul olunur - Azərbaycanla birgə formalaşdırdığı yeni təhlükəsizlik arxitekturası Türkiyəni olduqca mühüm yerlərə daşıyan amillər sırasında qeyd edilir. Təsadüfi deyil ki, ABŞ ilə Rusiya ikitərəfli münasibətlərinə məhz İstanbulda aydınlıq gətirir, Ukrayna prezidenti simvolik də olsa, başının üstündəki “çətirin” ünvanını nişan verir. Açıq avantüra ilə məşğul olan “köhnə qitə” kontingentindən fərqli olaraq Ankara prosesləri ayıq başla təhlil edir. Son illərdə artan hərbi gücü, dünyanın yeni enerji xəritəsində tutuduğu mövqe, tranzit yolları üzərindəki strateji mövqeyi Ankaranın bütün dünya üçün cəlbediciliyini artırıb. Artıq Avropanın Türkiyəyə duyduğu ehtiyac bütün parametrlər üzrə özünü göstərməkdədir. ABŞ-ın “hərbi himayədarlığı altından” çıxmaq üzrə olan Avropa özünün yeni mərhələdə təhlükəsizliyini təmin etmək üçün Kiçik Asiya yarımadasına üz tutmalıdır. Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə iftar proqramında çıxışı zamanı Avropaya xəbərdarlıq edib. Ölkə lideri qeyd edib ki, Türkiyənin Avropa İttifaqına üzvlük prosesi strateji prioritetdir: “Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil. Türkiyənin layiq olmadığı Avropanın qlobal aktor olaraq mövcudluğunu davam etdirməsi getdikcə mümkünsüz hala çevrilir”.

Onun sözlərinə görə, bu gün dünyada “meşə qanunları” hökm sürür: “Təəssüf ki, güclü olanların zəifləri əzməsi nəticəsində yeni problemlər meydana çıxır. Bunun qarşısı alınmasa, hərbi və siyasi partlayışlar ola bilər. Problemlərin həllini zamana buraxaraq, gözlərimizi yumaraq, təhlükələrə laqeyd yanaşaraq heç bir yerə çıxa bilmərik”.

Qərb “dirçəlmək” istəyirsə... “Yol” Ankaradan keçir...

Ankaranın “Avropa ailəsi”nin tamhüquqlu üzvünə çevrilməsi bütün kontekstlərdə Qərbin işini asanlaşdıracaq:

- Münaqişə başlanan gündən hər iki tərəf ilə eyni məsafəni qoruyan Ankara tənzimləmə prosesində hər hansı bir maraqdan çıxış etmir;

- NATO-da ABŞ-dan sonra ikinci güc sayılan Türkiyə ilə ziddiyyət Vaşinqtonun da mənafeyi ilə uzlaşmır;

- Ukraynaya yaxın regionun aparıcı dövləti olaraq Türkiyə Kiyevin təhlükəsizlik qarantına çevrilmə imkanlarına malikdir;

- Nəhayət, Azərbaycanın müəllifi olduğu Orta Dəhlizin yeni seqmenti sayılan Zəngəzur dəhlizi vasitəsilə Avropa Şərqə doğru uzanan iqtisadi yolun “yolçusuna” çevrilmə şansı qazanır.

Göründüyü kimi, Türkiyənin Aİ-yə qatılması həm siyasi, həm hərbi, həm də iqtisadi platformalarda “köhnə qitə”nin “reanimasiyadan” çıxmasına şərait yarada bilər. İstanbul isə münaqişə tərəflərinin üz-üzə oturub müzakirə aparacağı ən ideal məkanlar sırasındadır. Prezident Ərdoğan çıxışında bu məqama da toxunub ki, Rusiya ilə Ukrayna arasında sülh və razılaşma mümkündür. O bildirib ki, danışıqlar prosesinə hər iki tərəf iştirak etməlidir: “Mümkün həllə nə Rusiyasız, nə də Ukraynasız nail olmaq mümkündür”.

BMT-də islahatlar: Azərbaycan və Türkiyənin illərdir irəli sürdüyü tezis...

Vurğulayaq ki, Prezident Ərdoğan çıxışında dünyanın ən böyük strukturu sayılan BMT-də gözlənilən islahatlara da toxunub. O bildirib ki, BMT Təhlükəsiz Şurasında (TŞ) müsəlman ölkəsi də olmalıdır. Dövlət başçısı qeyd edib ki, təşkilatda veto hüququna malik müsəlman ölkəsinin də təmsil olunmasına ehtiyac var: “Bu, zərurətdir”.

Ərdoğanın sözlərinə görə, müsəlmanlar dünya əhalisinin dördə birini təşkil edir: “Müsəlmanlar artıq qərar qəbul etmə prosesində iştirak etməlidirlər”.

Bəli, yeni nizamda BMT müsəvisində islahatlarla bağlı həm Türkiyə, həm də Azərbaycan dəfələrlə açıq mətnlə çıxış edib. Prezident Ərdoğan hətta BMT Baş Assambleyasının tribunasından “Dünya beşdən böyükdür!”, - deyə fikrini ifadə etmişdi. Türkiyə Prezidenti qeyd etmişdi ki, BMT Təhlükəsizlik Şurasının inklüziv islahatı təcili ehtiyacdır. “Beş ölkə arasında bəşəriyyətin taleyini tələyə salan hazırkı nizam davamlı deyil”, - deyə Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Azərbaycan da hər zaman BMT TŞ-nin yenidən formalaşdırılması ilə fikir bildirən ölkələrdəndir. Dövlətimizin bununla bağlı mövqeyi isə aydın və məntiqlilidir. Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü olan ölkələrin də bu qurumda daimi təmsilçiliyinin vacibliyini vurğulayıb. Dövlət başçısı bildirib ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir: “Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar”.

Sülh yeni mənzərə yaradacaq...

Təbii ki, yeni dönəmdə ən mühüm siyasi həlqələrdən biri də Cənubi Qafqazda sülhün formalaşması, münasibətlərin normallaşmasıdır. Demək olar ki, 2022-ci ilin martından etibarən davam edən sülh prosesi müəyyən mənada son mərhələyə qədəm qoyub. Artıq sülh sənədinin müddəalarının əksər hissəsi razılaşdırılıb. Ermənistanın nümayiş etdirəcəyi siyasi iradə bölgədə həm siyasi vəziyyəti dəyişəcək, həm iqtisadi yeniliklərə yol açacaq, həm də qonşu dövlətlərlə münasibətlərdə yeni parametrlər formalaşdıracaq. Sülh sənədinin imzalanması İrəvanın Bakı ilə yanaşı, yeni dövrün mühüm qlobal aktorlarından birinə çevrilən Türkiyə ilə də münasibətlərində əsaslı ştrixlər vəd edir. Prezident Ərdoğan bu məsələyə də toxunaraq qeyd edib ki, Cənubi Qafqazda sabitlik üçün səylərimizi davam etdiririk. O bildirib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılmasını davam etdirir: “Eyni zamanda, Azərbaycan - Ermənistan sülh sazişinin imzalanmasına çalışırıq”.

Pərviz SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Mart 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hibrid savaş açan xarici qüvvələr də xurafat aşiqlərindən daha asan istifadə edə bilər”

03 Avqust 2026 17:43see645

Regionlarda kredit faizləri niyə yüksəkdir? Ekspert açıqladı

03 Avqust 2026 19:26see373

Ukrayna dronları Rusiyada “Wildberries”in iri logistika mərkəzini vurub

03 Avqust 2026 11:17see340

Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU

04 Avqust 2026 12:39see324

Yer kürəsindəki bütün insanlar eyni anda tullanarsa, nə baş verər?

04 Avqust 2026 05:05see307

5 ay əvvəl anasını itirmişdi... Daçnikdə batan Nizamın FOTOsu

03 Avqust 2026 17:28see296

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Avqust 2026 21:56see282

Sabah Orhus u mübarizədən kənarlaşdırmağı bacarmasa...

03 Avqust 2026 16:36see263

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

03 Avqust 2026 23:24see230

Baş redaktor: Elçinin Bayramlının həbsinin jurnalist fəaliyyəti ilə əlaqəsi yoxdur

03 Avqust 2026 11:18see223

Tələbə qızı dəm qazından boğulmuşdu 3 il sonra qəzada öldü

03 Avqust 2026 09:56see223

Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib

03 Avqust 2026 05:18see206

İnanılmaz ikiüzlülük... Trampdan ŞOK paylaşım

04 Avqust 2026 02:21see180

İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir KİV

04 Avqust 2026 18:03see179

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

03 Avqust 2026 14:54see173

Vəkil manipulyativ şəxsi dərhal susduran 3 ifadəni açıqladı

04 Avqust 2026 05:05see172

Silva: “Mourinyonun rəhbərliyi altında öyrənməyi səbirsizliklə gözləyirəm”

04 Avqust 2026 05:10see172

“Yuventus” müdafiəçi transfer edir

04 Avqust 2026 01:24see167

“Neftçi” məşqləri bərpa etdi

04 Avqust 2026 00:52see157

Əzələlərimiz yaşlanmanı necə idarə edir..?

03 Avqust 2026 21:33see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri