Avstriya səfirliyində Nəsimiyə həsr olumuş bədii musiqili gecə keçirildi FOTOLAR | Icma.az
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycandakı Avstriya səfirliyində İmadəddin Nəsiminin yaradıcılığına həsr olumuş bədii musiqili gecə keçirilib.
Globalinfo.az bildirir ki, bu, Avstriyanın Azərbaycandakı səfiri cənab Tomas Shuller Götzburgun xanımı Tran Thi Khanh Trangın təşəbbüsü ilə Şərq və Qərbi birləşdirən körpülər silsiləsindən ilk tədbir idi.
Əslən Vyetnamlı olan xanım Trangın öz mənzilində böyük sevgiylə təşkil etdiyi bu tədbirin mövzusu – Nəsimi, onun ədəbi və fəlsəfi yaradıcılığı idi.
Tədbirin digər təşkilatçısı isə ixtisasca həkim olan, ədəbi, fəlsəfi irsimizi sevib təbliğ edən, klassik ədəbi şəxsiyyətlərimiz, eləcə də, Nəsimi barədə geniş məlumata malik olan Arzu Rüstəmova idi.
O və rəhbərlik etdiyi Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi Erkən Müdaxilə Mərkəzinin Avstriya səfirliyi ilə birgə dostluq yə əməkdaşlığı sayəsində böyük Nəsimi bir daha yad edildi, beynəlxalq auditoriyaya təqdim edildi.
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən bir çox səfirliklərin əməkdaşları iştirak edirdilər.
Nəsiminin “Neylərəm”, “Sığmazam” və digər əsərləri Səbinə Ərəblinin təkrarsız ifasında məclisə sehrli bir ovqat verdi.
Tam oxu
Xəbəri oxu