Icma.az
close
up
RU
Avstriya səfirliyində Nəsimiyə həsr olumuş bədii musiqili gecə keçirildi FOTOLAR

Avstriya səfirliyində Nəsimiyə həsr olumuş bədii musiqili gecə keçirildi FOTOLAR

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycandakı Avstriya səfirliyində İmadəddin Nəsiminin yaradıcılığına həsr olumuş  bədii musiqili gecə keçirilib.

Globalinfo.az bildirir ki, bu, Avstriyanın Azərbaycandakı səfiri cənab Tomas Shuller Götzburgun xanımı Tran Thi  Khanh Trangın təşəbbüsü ilə Şərq və Qərbi birləşdirən körpülər silsiləsindən ilk tədbir idi.

Əslən Vyetnamlı olan  xanım Trangın öz mənzilində böyük sevgiylə təşkil etdiyi bu  tədbirin  mövzusu –  Nəsimi, onun ədəbi və fəlsəfi yaradıcılığı idi. Tədbirin digər təşkilatçısı isə ixtisasca həkim olan, ədəbi, fəlsəfi irsimizi sevib təbliğ edən, klassik ədəbi şəxsiyyətlərimiz, eləcə də, Nəsimi barədə geniş məlumata malik olan Arzu Rüstəmova idi.

O və rəhbərlik etdiyi Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi Erkən Müdaxilə Mərkəzinin  Avstriya səfirliyi ilə birgə dostluq yə əməkdaşlığı sayəsində böyük Nəsimi bir daha yad edildi, beynəlxalq auditoriyaya təqdim edildi.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən bir çox səfirliklərin əməkdaşları iştirak edirdilər.

Nəsiminin “Neylərəm”, “Sığmazam” və digər əsərləri Səbinə Ərəblinin təkrarsız ifasında  məclisə sehrli bir ovqat verdi. Tədbirin  məxsusi ruhu, fərqli mədəniyyət daşıyıcılarını ortaq bir nöqtədə valeh edə bilməsi,  Nəsimi dühasına heyranlıq bir daha göstərdi ki,   Qərb və Şərqi birləşdirən  bu ortaq dəyərlər üzərindən yola çıxaraq dünyada bir çox ziddiyyətləri cözmək  mümkündür.

Tədbirdə filologiya elmləri üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva çıxış edərək Nəsimi və hürufiliyin dinlər və millət arasındakı barışdırıcılığı təbliğ etdiyini, Nəsimi və mənsub olduğu hürufiliyin təsir dairəsinə Balkanlardan Hindistanadək böyük bir coğrafiyaya aid söz və fikir insanlarının daxil olduğunu vurğuladı. Nəsimi və hürufiliyin Azərbaycanla bağlı olub geniş coğrafiyada eşq fəlsəfəsini təbliğ etdiyini, bu eşqin Yaradanla birgə yaradılmışa da yönəlik olduğunu nəzərə çatdırdı. Tədqiqatçı hürufiliyin Qərb, xüsusilə yunan fəlsəfəsindən təsirlənməklə yanaşı, özündən sonra geniş coğrafiyada nüfuz dairəsi yaratmasına da diqqəti çəkdi.

Bir sözlə, Avstriyanın Azərbaycandakı səfiri cənab Tomas Shuller Götzburg və  xanımı Tran Thi  Khanh Trangın böyük qonaqpərvərliklə səfirliyin iqamətgahında keçirdikləri bu məclis sözün əsil mənasında, elm, ədəbiyyat, fəlsəfə, incəsənət  keçəsinə çevrildi. Bütün bunların vəhdətindən yaranmış Nəsimi poeiyasının bəşəri dəyrləri, birləşdirici, sülhpərvər mahiyyəti vurğulandı. Tədbirin təşkilində zəhmməti keçən   “Uşaqların Sağlam Gələcəyi” İB-nin  rəhbəri, gözəl ziyalımız, həkim  Arzu xanım Rüstəmovaya cənab səfirə, onun xanımına, digər səfirliklərdən gələn qonaqlara dərin minnətdarlığını bildirərək, eyd etdi ki, xalqlar bir birlərini tanımağs, yaxınlaşmağa mədəniyyətlər arasında körpülər qurmaqla başlamalıdırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see297

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see194

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see187

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see181

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see181

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see157

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see138

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see131

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see128

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri